Türkiyənin təhlükəsizlik xidmətlərində SZ və robot texnologiyasından istifadə olunacaq

2023/10/2023--1697636916.jpg
Oxunub: 20965     16:13     18 Oktyabr 2023    
Türkiyənin 12-ci İnkişaf Planı ilə təhlükəsizlik xidmətlərinin təqdimatında Süni Zəka (SZ), robot texnologiyası, böyük verilənlər analizi, rabitə və kosmik texnologiyadan səmərəli istifadə edilməsi, bu sahədə yerli texnologiya və istehsalın inkişaf etdirilməsi hədəflənir.

Ordu.az xəbər verir ki, bu çərçivədə sərhəd təhlükəsizliyi sahəsində birgə təhlil və hesabat araşdırmalarının aparılması üçün sərhəd təhlükəsizliyinin effektivliyi artırılacaq, texnoloji və fiziki infrastruktur inkişaf etdiriləcək, məlumatların toplanması potensialı gücləndiriləcək.

Quru sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün risklərin qiymətləndirilməsi əsasında təhlükəsizlik divarı, müşahidə qülləsi, sensor sistemlər və təhlükəsizlik yolları kimi zəruri fiziki və texnoloji təhlükəsizlik sistemləri hazırlanacaq.

Sahil sərhədlərinin təhlükəsizliyi üçün zəruri olan polis məntəqələrinin, limanların, dokların, maşın və avadanlıqların infrastrukturu gücləndiriləcək.

Sahil Mühafizəsi İdarəetmə Sistemi Layihəsi ilə Türkiyənin dəniz yurisdiksiyası ərazilərində texnoloji müşahidə, aşkarlama və diaqnoz imkan və qabiliyyəti artırılacaq. Qeyri-qanuni immiqrasiyaya qarşı mübarizədə səmərəlilik artırılacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   SZ  


Bizi "telegram"da izləyin