Yük şirkətləri təyyarələrində raketdən müdafiə sistemindən istifadə edir? Bəzi fərziyyələr var!

2023/10/432-1697869814.jpg
Oxunub: 32586     10:29     21 Oktyabr 2023    
Raketdən müdafiə sistemləri ümumiyyətlə kommersiya aviasiyasına aid deyil. Bununla belə, ABŞ Federal Aviasiya İdarəsi (FAA) və çatdırılma şirkəti “FedEx” bu sistemlərdən kommersiya təyyarələri üçün də istifadə etmək məqsədilə addımlar atıb.

“FedEx” Hava Hücumundan Müdafiə (HHM) raketlərinin yaratdığı təhdidlərin qarşısını almaq üçün yük təyyarələrinə bir sistem əlavə etmək istəmişdi və bunu FAA vasitəsilə ABŞ Nəqliyyat Departamentinə təqdim etmişdi. Bəzi “FedEx” təyyarələrində hazırda bu sistem var.

Bəs nə üçün bir yük şirkəti heç bir xüsusi və ya riskli iş görmədiyi halda, raketdən müdafiə sisteminə sahib olmaq istəyir?

İlk olaraq sistemin necə işlədiyinə baxaq:


Təyyarədə yerləşdiriləcək müdafiə sistemi hər hansı bir raketin təyyarənin yaratdığı istiliyi izləməsinə mane olur və infraqırmızı işıqdan ibarət olan lazerləri gələn raketlərə doğru göndərə bilir. Bu lazerlər raketi dəf etmək üçün kifayət qədər təsirli olmasa da, ən azından təhlükəni təyyarədən uzaqlaşdıra bilər.

“FedEx” həmçinin infraqırmızı lazer enerjisinin təyyarədəki insanlar, yerdəki canlılar və digər təyyarələr üçün ciddi təhlükə yaratdığını da qəbul edir. Daha əvvəl raket hücumları nəticəsində zədələnən kommersiya və ya mülki təyyarələr olub.


Beynəlxalq Mülki Aviasiya Təşkilatı 1970-ci ildən bəri 42 mülki təyyarənin raket sistemləri ilə vurulduğunu bildirib. Bu nümunələrdən biri 2002-ci ilin noyabrında Keniyanın Mombasa şəhərindən havaya qalxarkən göyərtəsində 250 sərnişin olan İsrail təyyarəsinin MANPADS raketinin qəlpələri ilə zədələnməsidir. Xoşbəxtlikdən təyyarə hava limanına təhlükəsiz eniş etməyi bacarıb.

Başqa bir misal 2003-cü ildə İraqdan Bəhreynə uçan DHL yük təyyarəsinin təyyarənin sol qanadına dəyən MANPADS raketi ilə vurulmasından sonra təcili eniş etməli olması idi. Təyyarənin qanadına böyük ziyan dəysə və hidravlik idarəetməni tamamilə itirsə də, üç nəfərlik heyət təyyarəni yalnız dəyişən mühərrik gücü ilə idarə edərək yerə enə bildi.


Bir sözlə, raketlər kommersiya hava nəqliyyatı üçün müəyyən səviyyədə təhlükə yaradır. “FedEx” raketdən müdafiə sistemini hələ istifadə etmədiyi təyyarəyə quraşdırmağı planlaşdırdığından, şirkətin bu sistemdən xüsusi əməliyyatlar həyata keçirmək üçün istifadə etməyi planlaşdırdığı barədə fikirlər var.

Bununla belə, FAA-nın qeyd etdiyi kimi, raketdən müdafiə sistemləri çatdırılma şirkətləri üçün çox faydalı ola bilər, çünki bu onlara yüksək riskli ərazilərdə fəaliyyət göstərməyə imkan verir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin