ABŞ-dan “KXDR modeli”: Tehrana qarşı sanksiyalar nə ilə nəticələnə bilər? - Beynəlxalq BAXIŞ (Hərbi ekspert)

2018/08/7567_1533885622.jpg
Oxunub: 3556     15:20     10 Avqust 2018    
Tramp Hərtərəfli Birgə Fəaliyyət Planını həmişə bütün mümkün olan razılaşmaların ən uğursuzu hesab edib. Lakin müqavilənin digər iştirakçıları onun qorunması üçün mübarizə aparmağa hazırdır.

ABŞ hökuməti Hərtərəfli Birgə Fəaliyyət Planını tərk etmələri ilə əlaqədar İrana qarşı sanksiyaları bərpa etdi. Çoxtərəfli müqavilənin digər iştirakçıları bu qərarı dəstəkləmədi. Tramp nüvə razılaşmasının ləğvini və sanksiyalar rejiminin bərpasını ölkəsinin maraqlarına uyğun xarici siyasət hesab edir. Əvvəlcə bu razılaşmanın nə olduğunu açıqlayaq, sonra isə Trampı razı qalmadığı məqamlara və Vaşinqtonun razılaşmadan çıxmasının nəticələrinə aydınlıq gətirək.

İranın nüvə probleminin mahiyyəti, Tehranın nüvə silahı

İran hələ Məhəmməd Rza Şah Pəhləvi (1941-1979) dövründə öz nüvə proqramını inkişaf etdirməyə başlayıb. ABŞ prezidenti Eyzenhauerin "Sülh üçün Atom" proqramı çərçivəsində İran dəstəklənir, atom enerjisindən sülh yolu ilə istifadə mövzusunda əməkdaşlıq gücləndirilirdi. 1959-cu ildə ABŞ, Tehran Universitetinin nüvə tədqiqat mərkəzinə aşağı güclü bir reaktor təqdim etdi.

1958-ci ildən İran Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) üzvü oldu, 1968-ci ildən isə Nüvə Silahlarının Yayılmaması haqqında Sazişi imzaladı və onu 1970-ci ildə ratifikasiya etdi.

1979-cu ildən İslam respublikasına çevrilən İranın yalnız "sülh atomu" yaratmadığına dair fəaliyyətləri zaman keçdikcə dünya ictimaiyyətində daha çox şübhə doğururdu. 2000-ci illərin əvvəllərində Qərb ölkələri və MAGATE Tehranı "gizli hərbi nüvə proqramı" hazırlamaqda günahlandırdı. İranın heç vaxt hazır kütləvi qırğın silahına sahib olması barədə sübutlar olmayıb. Lakin ölkədə inkişaf etdirilən texnologiyalar nüvə silahının istehsalı üçün istifadə edilə bilər. Rəsmi Tehran bu ittihamları daim rədd edərək uranı zənginləşdirməkdə davam etdi. Buna cavab olaraq İrana qarşı ABŞ-ın, Avropa İttifaqının və BMT Təhlükəsizlik Şurasının ağır sanksiyaları tətbiq edildi.

Nüvə razılaşması nədir?

Bu, Tehranın nüvə proqramı ətrafında gərginliyi azaltmaq üçün qəbul edilən beynəlxalq bir razılaşmadır. 2015-ci ildə İran İslam Respublikası, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya ilə 159 səhifəlik Hərtərəfli Birgə Fəaliyyət Planı adında müqavilə imzaladı. Tehranın nüvə fəaliyyətini məhdudlaşdırması əvəzində, əvvəllər BMT Təhlükəsizlik Şurası, ABŞ və Avropa İttifaqı tərəfindən tətbiq edilən iqtisadi və maliyyə sanksiyaları ləğv edildi.

Bu razılaşmanın icrasına 2016-cı il yanvarın 16-da başlandı.

Müqavilənin şərtləri nə idi?

Nüvə razılaşması İrandan aşağıdakıları tələb edirdi:

• Uran ehtiyatlarını 97% azaltmaq (10 tondan 300 kq-a qədər).
• Yüksək zənginləşdirilmiş uran və silah dərəcəli plutonium istehsalından imtina etmək. Müqavilə İrana uranın yalnız 3.67% zənginləşdirilməsinə icazə verirdi (20%-ə qədər zənginləşdirilmiş uran tədqiqat və eksperimental təyinatlı reaktorlarda, 90%-ə qədər zənginləşdirildikdə isə nüvə silahlarında istifadə edilir).
• Sentrifuqaların sayını 20 mindən 5 minədək azaltmaq (əlavə 1000 ədəd sentrifuqadan İrana elmi məqsədlər üçün istifadə etməyə icazə verildi).
• Nüvə obyektlərinin yoxlanılmasına və monitorinqinə icazə vermək.
• İranın nüvə proqramından "mümkün hərbi aspektləri" aradan qaldırmaq.

İran qarşılığında nələr əldə etdi?

Ölkənin iqtisadi inkişafına mane olan sanksiyalar rejimi əhəmiyyətli dərəcədə yumşaldıldı. ABŞ rəsmiləri 59 nəfər İran və digər ölkələrin vətəndaşlarını, 385 müəssisəni, 77 təyyarə və 227 gəmini (neft tankerləri də daxil olmaqla) sanksiyalardan azad etdi. Bundan əlavə, xarici banklarda dondurulan aktivlər sərbəst buraxıldı, İran neftinin alınmasına tətbiq edilən qadağalar ləğv edildi, İrana və neft sektoruna sərmayə yatırılmasına və texnologiyaların tədarükünə qoyulan qadağalar aradan qaldırıldı. İranlılara beynəlxalq SWIFT ödəniş sisteminə giriş imkanı verildi və onların qərb tərəfdaşlarına Tehranla maliyyə əlaqələrini bərpa etməyə icazə verildi.

Niyə bu problem bitmir?

Vaşinqton İrana qarşı sanksiyaların yalnız bir hissəsini ləğv edərək, Tehranın ballistik raket proqramının həyata keçirilməməsi üçün dərhal yenilərini tətbiq etdi. İrana qarşı yeni sanksiyalar tətbiq olunduğunu elan edərkən, keçmiş ABŞ prezidenti Barak Obama "nüvə razılaşması heç vaxt İranla olan bütün fikir ayrılıqlarımızı həll etməyə yönəlməyib" deyə bildirirdi.

Eyni zamanda, ABŞ Konqresində bu müqaviləyə qarşı olanlar artırdı: təkcə Respublikaçılar deyil, eyni zamanda Demokratlardan bir qismi də ona qarşı çıxırdı. Onların fikrincə, Tehranı sanksiyalardan azad etmək "İran rejimi"nin güclənməsinə və gələcəkdə nüvə sınaqlarının bərpasına gətirib çıxara bilər. ABŞ qanunvericiləri İranla nüvə razılaşmasını Yaxın Şərqə və ilk növbədə, Vaşinqtonun bölgədəki əsas müttəfiqi İsrailə qarşı ən böyük təhlükə adlandırıblar. Bu fikir o zaman Amerika Birləşmiş Ştatlarının prezidentliyinə namizəd olan Donald Tramp tərəfindən də qeyd edilirdi.

Niyə Tramp ABŞ-ın müqavilədən çıxmasını istəyir?

Ağ Ev rəhbəri, dəfələrlə nüvə razılaşmasını "gördüyü ən pis müqavilə" adlandırıb. Əvvəl seçki kampaniyası dövründə, sonra isə ABŞ prezidenti kimi Tramp bu sənədi tənqid edərək onun İrana birtərəfli üstünlüklər verdiyini bildirib. Onlar arasında nüvə fəaliyyəti haqqında məhdudiyyətlərin müddəti də yer alır. Tramp, 2031-ci ilə başa çatacaq məhdudiyyətləri daimi olaraq tətbiq edilməsini istəyir.

Bundan əlavə, o, ballistik raketlərin inkişafına dair qadağaları da, İranın nüvə proqramına bağlanmasında israr edir.

İran təhdidinə dair narahatlıqlar Ağ Evin yeni strategiyasında öz əksini tapıb. Sənəddə deyilir ki, ABŞ İranın sabitliyi pozmaq və onun təcavüz cəhdlərini cilovlamaq üçün region dövlətləri ilə əməkdaşlığı canlandırmaq, həmçinin İslam İnqilab Keşikçiləri Korpusuna birgə təzyiqi təmin etmək üçün beynəlxalq ictimaiyyəti bir araya gəlməyə çağırmaq niyyətindədir.

2017-ci ilin sentyabrında BMT Baş Assambleyasında Tramp İranla razılaşmanı qəbul edib. 2018-ci ilin mayın 8-də isə bu razılaşmadan çıxdığını bəyan edib. Maliyyə Nazirliyi İrana qarşı sanksiyaların yenidən 90-180 gün sonra qüvvəyə minəcəyini deyib.

İrana qarşı ABŞ hansı sanksiyaları tətbiq edir? Nəticələr nə olacaq?

6 avqustda Tramp Tehrana qarşı sanksiyaların iki mərhələdə bərpası haqqında sərəncam imzalayıb. Avqustun 7-nə keçən gecə qüvvəyə minən məhdudlaşdırıcı tədbirlərin birinci hissəsi, İranın avtomobil sektorunu və qiymətli metalların alqı- satqısını əhatə edəcək.

İran Mərkəzi Bankını, enerji sektorunu, neft ilə bağlı əməliyyatları əhatə edəcək digər sanksiyalar isə noyabrın 5-də qüvvəyə minəcək.

Sanksiyaların bərpa edilməsi barədə yayılan xəbərlər rial məzənnəsini minimuma qədər endirdi (rəsmi məzənnəsi 45 min rial olan bir dollar qara bazarda 120 min riala bərabərdir), ölkədə inflyasiya yüksəlir, istehlak mallarının və yanacaq qiymətlərinin yüksəlməsi isə İranın bir neçə şəhərində pisləşən maliyyə vəziyyətinə qarşı etirazlara səbəb olub.

Gələcəkdə ABŞ-ın sanksiyaları tam bərpa etməsi İranın digər ölkələrlə ticarət dövriyyəsinin azalmasına və böyük Qərb şirkətlərinin İran bazarından çəkilməsinə səbəb olacaq. Treyderlər isə İranın neft ixracatının azalmasının neft qiymətlərinin artmasına səbəb ola biləcəyindən ehtiyatlanır.

İran və digər "altılıq" üzvləri ABŞ-ın hərəkətlərinə necə reaksiya verdi?

Bir çox ekspertlər İranın da ABŞ kimi Hərtərəfli Birgə Fəaliyyət Planından çıxacağını ehtimal etsələr də, bu baş vermədi. İran müttəfiqləri ilə nüvə razılaşmasına əməl edəcəyi ilə ABŞ bəyanatına cavab verdi.

"Bu andan etibarən Hərtərəfli Birgə Fəaliyyət Planı İran və beş dövlət arasında həyata keçirilir. İranın öz öhdəliklərini yerinə yetirməsi MAQATE tərəfindən təsdiq edilir", - deyə İran prezidenti Həsən Ruhani bildirib.

Rusiya Xarici İşlər Nazirliyi də bu qərardan dərin məyusluq ifadə edərək, Trampın yeni qərarının nüvə silahının yayılmaması rejiminə, Yaxın Şərqdəki kövrək sülhə və Amerikanın nüfuzuna ciddi ziyan vurduğunu bildirib.

Çin İranla razılaşmanın bütövlüyünü təmin etmək üçün tədbirləri koordinasiya etməyə çağırdı və Pekin mümkün ABŞ-ın sanksiyalarına baxmayaraq Tehranla əməkdaşlığa davam edəcəyini bildirdi.

Fransa, Böyük Britaniya və Almaniya Hərtərəfli Birgə Fəaliyyət Planı üzrə öz öhdəliklərini yerinə yetirməkdə davam etmək barədə razılığa gəliblər və bütün tərəfləri öhdəliklərin tam həyata keçirilməsinə sadiq qalmağa çağırıblar. Bundan əlavə, Aİ sanksiyaların şirkətlərə təsirini azaltmaq üçün bir sıra ehtiyat tədbirlər görüb.

Aİ, ABŞ sanksiyalarına necə qarşı çıxmaq istəyir?

Avropa İttifaqı mayın 18-də İrandakı şirkətlərini ABŞ sanksiyalarından qorumaq üçün ilk tədbirlər paketini təsdiqlədi. Sanksiyalardan qorunmaq üçün cəmi dörd bənddən ibarət tədbirlər hazırlandı:

• Aİ şirkətlərinə ABŞ sanksiyalarının həyata keçirilməsini qadağan edən bloklama reqlamenti qaydalarının qəbul edilməsi, bu sanksiyaların yerinə yetirən üçüncü şəxslərin hərəkətləri nəticəsində şirkətlərin itkilərini məhkəmə qaydasında kompensasiya etməyə icazə verilməsi və Aİ ərazisində Birləşmiş Ştatların sanksiyalarının həyata keçirilməsinə dair istənilən xarici məhkəmə qərarlarının ləğv edilməsi;
• Avropa İnvestisiya Bankı tərəfindən İrandakı Avropa layihələrinə maliyyə zəmanətlərinin verilməsi prosedurunun sadələşdirilməsi;
• Hərtərəfli iqtisadi tərəfdaşlığın, xüsusən də enerji sektorunun aktivləşdirilməsi;
• ABŞ-ın maliyyə sanksiyaları tətbiq edərkən neft tədarükünə görə xarici vasitəçi banklar olmadan İranın Mərkəzi Bankı ilə birbaşa bank ödənişlərinin dəstəklənməsi. Avropa mənbələrində qeyd edildiyi kimi, bu tədbir İranla Aİ arasındakı ticarətdə dollardan imtina edilməsində ilk addım ola bilər.

Lakin son günlərdə bir sıra Avropa nəhəng şirkətlərinin İran bazarından çəkilməsi bu tədbirlərin tam effektiv olmayacağını göstərir. İstənilən beynəlxalq şirkətlərin ABŞ nəzarətindən kənar fəaliyyət göstərməsi mümkün deyil. Sübut olaraq "Total" və "Daimler-Benz" kimi Avropanın nəhəng şirkətlərinin sanksiyalar bərpa olunan kimi İrandan çəkildiklərini elan etmələrini göstərmək olar. Bu kimi proseslərin gələcəkdə daha da sürətlənəcəyi istisna edilmir.

Daha nəyi gözləmək olar? Qarşıdurma arta bilərmi?

Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ sanksiyalarının ticarət, iqtisadi və siyasi sahələrdə qarşıdurmaları gücləndirəcəyinə əmin olduğunu bildirib.

"Ekspertlər səviyyəsində razılaşmada iştirak edən ölkələrin ticari-iqtisadi əlaqələri üçün problem yaratmayacaq metodları inkişaf etdirmək və daimi mexanizmlər yaratmaq vacibdir", - deyə diplomat bildirib.

İran nüvə razılaşmasında qalaraq daha çox iqtisadi qazanc və siyasi əlverişli mühit əldə edə bilər. ABŞ prezidenti Tramp bir az əvvəl Kim Çen Ina ünvanladığı sərt bəyanat və sanksiyalar vasitəsilə Şimali Koreya liderini danışıqlar masasına məğlub vəziyyətdə oturmağa məcbur edə bilmişdi. Göründüyü kimi indi də eyni metod İrana tətbiq edilir. Bu ssenarilərin hazırlanmasında ABŞ dövlət katibi Pompeonun və müşavir Con Boltonun iştirakı və dəsti-xətti aydın şəkildə diqqəti cəlb edir. Lakin İranın Şimali Koreya kimi asanlıqla güzəştə gedəcəyini zənn etmək düzgün olmazdı. Təbii ki, ABŞ-ın İrana qarşı irəli sürdüyü tələblər kifayət qədər sərtdir və Tehran üçün qəbuledilməzdir. Əgər İran iqtisadiyyatı yaxın bir il ərzində sanksiyaların təzyiqinə tab gətirə bilsə, sonrakı dövrdə adaptasiya mümkün ola bilər.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: İran-ABŞ   Sanksiya  

ABŞ-dan “KXDR modeli”: Tehrana qarşı sanksiyalar nə ilə nəticələnə bilər? - Beynəlxalq BAXIŞ (Hərbi ekspert)

2018/08/7567_1533885622.jpg
Oxunub: 3557     15:20     10 Avqust 2018    