NATO sammitində nələr müzakirə olundu? - YEKUN ANALİZ

2018/07/GettyImages-996209950_1531486232.jpg
Oxunub: 1377     17:55     13 İyul 2018    
Dünən 29 üzv və tərəfdaş ölkənin iştirakı ilə Belçika Krallığının paytaxtı Brüssel şəhərində keçirilən NATO-nun 29-cu Zirvə sammiti başa çatdı.

NATO-nun "mətbuata və ictimaiyyətə açıqlığı" ilə bağlı bütün bəyanatların əksinə olaraq, mətbuat nümayəndələrinin NATO qərargahına birbaşa çıxışı mümkün olmadı. Jurnalistlər xüsusi yoxlamadan sonra xüsusi avtobuslarla 850 nəfərlik media mərkəzində yerləşdirildilər.

Sammitin əvvəlində NATO-nun Baş katibi Yens Stoltenberq NATO üzvü və tərəfdaşı olan ölkələrin liderlərini ayrı-ayrılıqda qarşıladı.

Bütün liderlər NATO tarixinə və fəaliyyətlərinə həsr edilən sərgini Baş katibin müşayiəti ilə ziyarət etdikdən sonra rəsmi açılış mərasimi və helikopterlərin aviaşousu baş tutdu. Bayraqların və hərbçilərin olduğu meydanın üzərində 13 üzv ölkəyə məxsus 20 ədəd döyüş helikopteri nümunəvi uçuşlardan ibarət şou göstərdi. Türkiyənin T129 "ATAK" helikopteri də ilk dəfə beynəlxalq tədbirdə rəsmən təmsil edildi.

Müttəfiqlər arasında ciddi siyasi və iqtisadi fikir ayrılıqları fonunda baş tutan sammitdə gözlənildiyi kimi Transatlantik birliyin qlobal və regional sabitlik, İraq və Əfqanıstanda terrorizmə qarşı mübarizə, Avropa İttifaqı ilə əlaqələrin dərinləşdirilməsi, NATO-nun müasirləşdirilməsi, müttəfiqlər arasında müdafiə və maliyyə xərclərinin bərabər paylanması, əməkdaşlığın dərinləşdirilməsi, Krım məsələsi, ümumi demokratik dəyərlərin təsdiqi, Avro-Atlantik birliyin möhkəmləndirilməsi və müdafiə qabiliyyətinin gücləndirilməsi ilə bağlı müzakirələr aparıldı.

Gücləndirilmiş təhlükəsizlik tədbirləri çərçivəsində keçirilən sammitin ardından Helsinkidə ABŞ-Rusiya görüşünün keçirilməsi də planlaşdırılıb. Bu görüşdən ciddi nəticə gözləməyə dəyməz. Çünki, münasibətlərin normallaşması üçün Rusiyanın Krımdan çəkilməyini şərt kimi irəli sürən ABŞ nə özü, nə də Rusiya bu görüşdən real nəticələr gözləmir. Bu görüşü sadəcə olaraq seçicilərə "görüşməli idik və görüşdük" mesajı və ya "görüş xatirinə görüş" kimi dəyərləndirirəm. NATO sammitinin nəticələri də bu görüşdə müsbət dinamikaya imkan verməyəcək.

Bir çox iştirakçılar ittifaqın modernləşdirilməsi zərurəti, hərbi infrastruktur və təhdidlərə kollektiv müdaxilə barədə təkliflərlə çıxış ediblər. Əfqanıstan, İraq, Suriya və Ukrayna problemləri ilə bağlı müzakirələrdə müəyyən razılaşmalar əldə olundu, İŞİD ilə mübarizədə birgə fəaliyyət planı dəqiqləşdirildi. Lakin bu razılaşma və dəqiqləşdirmələrin yerli əhalinin həyatına hansı müsbət təsiri olacağı barədə fikirlər səsləndirilmədi.

Görüşdə liderlər alyansın müdafiə xərclərinin artırılması, müasir təhdidlərə çevik cavab reaksiyası, Avro-Atlantik alyansla əlaqələrin sabitliyi və gücləndirilməsi ilə bağlı məsələləri müxtəlif panellərdə də müzakirə etdilər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də NATO-nun baş katibi Yens Stoltenberqin dəvəti ilə Zirvə sammitində iştirak etmək üçün Brüsseldə idi. Sammitin ilk günündə Azərbaycan prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə görüşərək ikitərəfli münasibətləri müzakirə edib.

Prezident İlham Əliyev daha sonra Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşüb. Görüşdə ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sammitin ikinci günündə BMT Baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari Dikarlo ilə görüşərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini müzakirə edib.

Sammitin bütün mərhələlərində Tramp-Ərdoğan-Makron üçlüyünün səmimi görüntüləri də nəzərdən yayınmadı.

Türkiyə prezidenti Ərdoğan Almaniya kansleri Angela Merkel ilə görüşə yollanarkən ABŞ prezidenti Donald Tramp və Fransa prezidenti Emmanuel Makron ilə dəhlizdə qarşılaşaraq bir müddət səmimi söhbət etdi. Sonra isə Ərdoğan və Merkel 40 dəqiqəlik bir görüş keçirdilər. Görüşdə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Milli Müdafiə naziri Hulusi Akar və prezidentin mətbuat xidmətinin rəhbəri İbrahim Kalın da iştirak etdi. Danışıqlarda kifayət qədər gərgin olan ikitərəfli hərbi-siyasi əməkdaşlıq məsələlərinin müzakirə edildiyi ehtimal olunur. Sammit çərçivəsində liderlər İngiltərənin Xorvatiyaya məğlub olduğu futbol oyununu da birgə izlədilər.

NATO sammitinin ilk günündə bir neçə vacib qərar qəbul edildi. Qəbul edilən əsas qərarlar iki yeni komandanlığın yaradılması ilə bağlıdır. Onlardan birincisi NATO tərkibində "4 x 30" qüvvələrindən ibarət operativ eşalon komandanlığının yaradılması barədə qərardır. Bu qərar 2020-ci ilə qədər NATO tərkibində 30 ədəd mexanikləşdirilmiş tabor, 30 ədəd aviasiya eskadrilyası və 30 ədəd döyüş gəmisindən ibarət operativ eşalonun 30 günə qədər formalaşdırılmasını nəzərdə tutur.

Qəbul edilən digər vacib qərar "hibrid təhdidlərə" qarşı mübarizə aparmaq üçün NATO dəstək qrupunun (yəqin ki, sonradan hibrid qüvvələr komandanlığı olacaq) yaradılmasının təsdiqlənməsindən ibarət olub. Alyansa üzv olan ölkələr kiberhücuma və ya risklərə məruz qaldıqda, dəstək qrupunun nümayəndələri dərhal həmin ölkələrə ezam ediləcək və onlara kibermüdafiə, əks təbliğat, enerji təhlükəsizliyi və s. kimi vacib sahələrdə dəstək verəcəklər.

İraq milli təhlükəsizlik qüvvələrinin hazırlığı üçün yeni yaradılan qeyri-döyüş missiyasına Kanadanın rəhbərlik etməsi də qəbul edilən qərarlar arasındadır.

NATO-da ABŞ təhlükəsi

İranla nüvə razılaşması, Qüdsün paytaxt elan olunması, Almaniya və digər kifayət qədər zəngin dövlətlərin Rusiya ilə yaxınlaşması, Rusiyanın "Qazprom" şirkəti tərəfindən "Şimal Axını- 2" layihəsinin Almaniyada təməlinin qoyulması və s. kimi kritik məsələlərdə Avropanın ABŞ-ı tək qoyması Donald Trampın aşkar narazılığına səbəb olub. ABŞ-ın sanksiya tətbiq edərək iqtisadi cəhətdən zəiflətməyə çalışdığı ölkələrlə Avropanın əməkdaşlıq etməsi, dolayısı ilə bu ölkələrdən enerji daşıyıcıları alaraq onları maddi cəhətdən dəstəkləməsi Trampın "Mən ABŞ vergi ödəyicilərinin vəsaiti ilə Avropanı iqtisadi dəstək verdiyiniz ölkələrdən qorumaq istəmirəm" deməsi ilə nəticələndi. Bu Zirvə toplantısında da əsas müzakirə məsələlərindən biri ABŞ-ın Avropa ölkələrindən müdafiə xərclərinin artırılmasına dair tələbi oldu.

Tramp əvvəllər də dəfələrlə ABŞ-ı NATO büdcəsinin əsas donoru adlandıraraq müttəfiq ölkələrin ABŞ-a pul borclu olduqlarını və onu geri qaytarmalı olduqları barədə iddialar səsləndirib. Əslində, ortada borcdan söhbət gedə bilməz, sadəcə Tramp Avropadan müdafiəyə ayrılan xərcləri artırmaqla öz vəsaitlərinə qənaət etmək və Rusiya ilə əlaqələr quran ölkələri "cərimə etmək" istəyir. Tramp son günlərdə "Almaniya artıq Rusiyanın nəzarətindədir" ifadəsini də işlətməklə Merkelin həssas kreslosunu silkələmiş oldu.

Almaniya kansleri isə ABŞ-ın sanksiyalarından Avropanın milyardlarla ziyan görməsini diqqətlərə çatdırır. Həm də “Avropanın ABŞ-ı qoruması azdır, əlavə pul da ödəməlidir?” sualı aparıcı dövlətlər arasında kifayət qədər dərin ziddiyyətlərin olmasından xəbər verir. Trampın "NATO-dan çıxa bilərəm, lakin hələ buna ehtiyac yoxdur" bəyanatı Avropa ölkələrinin pul kisələrini açmağa vadar edəcək.

Bəyannamədə Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinin dəstəkləndiyi qeyd edilib.

"NATO üzvləri və bütün tərəfdaşları xarici təzyiq və zorlama olmadan xarici siyasət və təhlükəsizlik siyasətində müstəqil və qərəzsiz qərar qəbul etmək hüququna malikdirlər. Bu çərçivədə Cənubi Qafqaz ölkələri və Moldova Respublikasının beynəlxalq hüququn bu prinsipləri və normalarına, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və Helsinki Yekun Aktına əsasən münaqişələrin sülh yolu ilə həll edilməsi istiqamətində səylərini dəstəkləməyə davam edirik. Biz bütün tərəfləri danışıqlar çərçivəsində münaqişələrin sülh yolu ilə həlli istiqamətində konstruktiv işləmək üçün geniş siyasi iradə nümayiş etdirməyə çağırırıq", - deyə bəyannamədə qeyd edilib.

Təbii ki, həmişə olduğu kimi bu dəfə də şimal qonşusunun alyansın sərhədlərində qoşun yerləşdirməsi, Ukraynanın şərqində sabitliyin pozulması cəhdləri üzv dövlətlərin rəhbərləri tərəfindən ciddi şəkildə qınanıb.

Sənəddə ayrıca olaraq NATO-nun Solsberidə baş verən zəhərlənmə faktının arxasında Rusiyanın dayanması ilə bağlı Böyük Britaniyanın mövqeyi birmənalı dəstəklənib.
Eyni zamanda, müttəfiqlər Rusiyanın davranışını dəyişdirəcəyi təqdirdə Moskva ilə dialoqa və münasibətləri yaxşılaşdırmağa hazır olduqlarını da qeyd edibər.

Bəyannamədə bütün NATO ölkələrinin müdafiə xərclərini ÜDM-in 2%-i səviyyəsinə çatdırmaq istədiyi də öz əksini tapıb.

NATO nümayəndələri Makedoniyanı ittifaqa daxil olmaq üzrə danışıqlara başlaması üçün Zirvə toplantısına rəsmən dəvət etdilər. Qəbul üçün yeganə şərt isə Yunanıstanın tələbi ilə dövlət adının "Şimali Makedoniya" ilə əvəzlənməsindən ibarətdir. Bu məsələ də artıq həllini tapmaq üzrədir.

Bu sammit ABŞ prezidentinin Avropa ölkələrindən hərbi xərclərin artırılması ilə bağlı israrlı tələbi ilə yadda qalacaq. ABŞ-ın hərbi xərcləri öz ÜDM-sinin 3,7 %-ni təşkil etdiyi halda, bəzi Avropa dövlətlərində bu rəqəmin 1%-dən də az olması qoca biznesmeni əsəbləşdirib. Məsələn, Almaniyada bu rəqəm 1,2 %-dən çox deyil.

"Associated Press" agentliyinin məlumatına görə, ABŞ NATO büdcəsinin 22,1%-ni, dörd zəngin Aİ ölkəsi - Almaniya, Fransa, Böyük Britaniya və İtaliya isə təşkilatın büdcəsinin 43,8%-ni təmin edir.

İttifaqa üzv ölkələrin müdafiə xərclərinin artırılması məsələsi ilk dəfə 2014-cü ildə ABŞ prezidenti Barak Obama tərəfindən qaldırılıb. O vaxtdan etibarən NATO üzvləri bu istiqamətdə addımlar atmağa çalışırlar. Sammitdə əldə edilən müqavilənin şərtlərinə əsasən, ölkə ÜDM-sinin iki faizinə bərabər müdafiə büdcəsi 2024-cü ilə qədər əldə olunmalıdır.

Zirvə toplantısının ikinci günündə NATO-ya üzv ölkələrin dövlət və hökumət başçıları səviyyəsində Ukrayna prezidenti ilə nəzərdə tutulan görüş Macarıstanın təkidi ilə ləğv edildi. Lakin bunun əvəzində digər görüşləri ləğv edən Tramp ukraynalı həmkarı ilə görüşdü. Əsas diqqət çəkən məqam isə Tramp-Putin görüşməsindən əvvəl Tramp-Poroşenko görüşünün keçirilməsi oldu. Bu görüş barədə məlumat verilməsə də, siyasi məhbuslar, Krım, Donbasdakı vəziyyət, ABŞ-ın Ukraynaya silah yardımı və Ukraynanın NATO-ya üzvlük məsələsində Vaşinqtonun dəstəyi kimi aktual məsələlərin müzakirə edildiyi ehtimal olunur.

Gürcüstan Prezidenti Georgi Marqvelaşvili də bu sammitə üzvlük məsələsində irəliyə doğru ciddi bir addım atılacağı ümidi ilə qatılmışdı. Lakin Almaniya kansleri Rusiya prezidentini qıcıqlandırmamaq üçün Gürcüstan tərəfinə müəyyən süni əngəl yaratdı.
Üzvlük məsələsində Makedoniya daha yüksək şanslara malik olsa da, İsveç və Finlandiyanın məsələsi hələ də tam həll edilməyib.

Ukrayna prezidenti Petro Poroşenkonun NATO-nun baş katibi Stoltenberq ilə gözlənilən ortaq bir bəyanatla çıxış etməsi də maraqlara səbəb oldu. Əslində, bu bəyanatda səslənən fikirlər Zirvə toplantısının yekun bəyannaməsində Rusiyanın qınanmasına dair əks olunan fikirlərdən heç nə ilə fərqlənmədi. Təkrar olaraq Rusiyanın bölgədəki fəaliyyətləri hər iki rəhbər tərəfindən ciddi şəkildə qınandı.

Sammit çərçivəsində Əfqanıstandakı NATO missiyasına həsr olunan iclas da keçirilib.
NATO-nun 29-cu Zirvə toplantısı üzv dövlətlər arasında mövcud olan ciddi ziddiyyətlərə baxmayaraq, ortaq bəyannamənin qəbulu ilə başa çatdı. Yekun olaraq bu toplantıda qəbul edilən qərarlar aşağıdakılardan ibarət oldu:

1.NATO-nun "4x30" layihəsinin həyata keçirilməsində əngəllər aradan qalxdı;
2.Kiber qüvvələr yaradılacaq və komandanlıq səviyyəsinə çatdırılacaq;
3.Hibrid müharibə, kiber müdafiə, əks təbliğat, enerji təhlükəsizliyi və s. ön plana çıxarılacaq;
4.Yaxın perspektivdə NATO-Rusiya yaxınlaşması mümkün olmayacaq;
5.NATO xərcləri və üzv dövlətlərin müdafiə büdcələri mütləq artacaq, əks halda ABŞ alyansdan çəkilə bilər, bu isə Avropa üçün daha böyük xərclər vəd edir;
6.NATO-nun xərclədiyi əlavə vəsaitlər Rusiya büdcəsini zorlayacaq;
7.Əfqanıstan, İraq və Suriya mövzusunda ortaq mövqe mövcuddur;
8.İraq qüvvələri hərbi təhsili NATO hesabına kanadalı mütəxəssislərdən alacaq;
9.Şimali Makedoniyaya yaşıl işıq yanarkən, Ukrayna, Gürcüstan, İsveç və Finlandiya yenidən sarı işıqda gözlədildi. İstənilən halda Tbilisinin şansları daha yüksəkdir;
10.NATO-nun Rusiya sərhədlərinə doğru irəlləməsi davam edəcək, xüsusilə Gürcüstan və Ukraynanın alyansa qəbulu Rusiya Hərbi Dəniz Donanmasının Qara dəniz akvatoriyasında fəaliyyət radiusunu məhdudlaşdıracaq.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: NATO-Sammiti   Tramp    

Xəbər lenti

NATO sammitində nələr müzakirə olundu? - YEKUN ANALİZ

2018/07/GettyImages-996209950_1531486232.jpg
Oxunub: 1380     17:55     13 İyul 2018    