Finlandiya Buzqıran korvetlər üçün güclü raketlər alır

2018/02/IMG-20180222-WA0024_1519317846.jpg
Oxunub: 3111     00:45     23 Fevral 2018    
ABŞ Dövlət Departamenti Finlandiyaya ümumi dəyəri 800 milyon dollar olan bir neçə növ raketin potensial satışını təsdiqləyib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, satışı nəzərdə tutulan raketlər RGM-84 “Harpoon” gəmi əleyhinə raket, RIM-162 “Təkmilləşdirilmiş Dəniz Sərçəsi” yer-hava raketləri və Mk 41 vertikal atış sistemləridir.

Qeyd edək ki, Finlandiya donanmasının modernizasiyasını həyata keçirmək məqsədilə “Squadron 2020” proqramı hazırlayıb. Bu proqramın tətbiq edilməsinə uyğun olaraq sözügedən raketlərin bir hissəsi donanmanın yeni buzqırıcı çoxməqsədli korvetlərinə quraşdırıla bilər.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Finlandiya   ABŞ   Buzqıran-korvet  


Bizi "telegram"da izləyin