Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, artıq on ilə yaxındır istifadədə olmasına baxmayaraq, Çin Xalq Azadlıq Ordusunun (XAO) dəniz qüvvələrinin H-6G bombardmançıları qanadlarına yerləşdirilmiş iki elektron müdafiə dəsti ilə daha da təkmilləşdirilib.
XAO-nun Cənubi Çin filotiliyası 2017-ci ilin dekabrında döyüş manevrlərində bu təyyarələrdən istifadə edib. Bu bir bombardmançının elektron müharibədə dəstəkçi rolu üstləndiyi ilk belə haldır.
H-6G-nin təkmilləşdirilməsi təyyarələrin döyüş səviyyəsini yüksəldib. Onlar bütün Cənubi Çin dənizini və Tayvanın cənub-şərq sularını əhatə edir”, - deyə adının açıqlanmasını istəməyən hərbi ekspert bildirib.
Qeyd edək ki, H-6G-dən başqa XAO-nun digər döyüş təyyarəsi JH-7 bombardmançısı da oxşar sistemlə təchiz olunub.
Ağalar Ağalarlı
Ordu.az