Rusiya xaricə sifariçilərə daha təkmil S-400-lər təklif edir

2018/01/257_1516790507.jpg
Oxunub: 3674     18:38     24 Yanvar 2018    
“Rusiyanın S-400 “Triumf” zenit raket kompleksləri ixrac üçün fərqli növ raketlər, o cümlədən uzaq mənzilli raketlərlə təklif olunur”.

Ordu.az Vpk-news.ru saytına istinadən xəbər verir ki, bu barədə S-400-lərin istehsal olunduğu “Almaz-Antey” konserninin baş mühəndisi Pavel Sozinov bəyan edib.

“Döyüş komplektində bir necə tip idarəolunan raket var. Buraya həm uzaq mənzili, həm orta mənzilli, həm də strateji raket əleyhinə müdafiə təyinatlı raketlər daxildir”, - deyə Sozinov bildirib.

Onun sözlərinə görə, ZRK-nın təhvil veriləcək forması sifarişçinin istəyindən asılıdır.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   S-400  


Bizi "telegram"da izləyin