Hindistan XİN: Münaqişənin sülh yolu ilə həlli yalnız Rusiya və Ukrayna nümayəndələrinin əlaqəsi ilə mümkündür

2024/06/666f1-1718557280.jpg
Oxunub: 350     20:20     16 İyun 2024    
Ukraynadakı münaqişənin sülh yolu ilə həlli yalnız Moskva və Kiyev nümayəndələrinin qarşılıqlı əlaqəsi ilə mümkündür.

Ordu.az xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

Bildirilib ki, Hindistan İsveçrədə keçirilən sammitin nəticəsi olaraq qəbul edilmiş heç bir sənədə qol çəkməyib, çünki Hindistan hesab edir ki, belə sənədlər münaqişə tərəflərinin hər ikisinin iştirakı ilə imzalanmalıdır.

“Hindistan münaqişənin hər iki tərəfi ilə əməkdaşlığı davam etdirəcək”, - XİN qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   XİN  


Bizi "telegram"da izləyin