“Ermənistan AİB və Aİ arasında seçim barədə məsələ kəskin şəkildə qoyulanda düşünəcək” - Qriqoryan

2026/05/1780235260.jpg
Oxunub: 513     17:30     31 May 2026    
“Ermənistan Avrasiya İqtisadi Birliyi və Avropa İttifaqı arasında seçim barədə məsələ kəskin şəkildə qoyulduqda bu barədə düşünəcək”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan jurnalist Pavel Zarubinə müsahibəsində bildirib

Onun sözlərinə görə, hazırda Ermənistanın Avrasiya İqtisadi Birliyindən çıxması məsələsi gündəmdə deyil.

“Məsələ kəskin şəkildə qoyulacaq həddə çatanda bu mövzu üzrə konkretlik yaranacaq və yalnız o zaman, belə bir ehtiyac olarsa, stress-testlər keçirəcəyik. Hazırda biz belə bir ssenarini nəzərdən keçirmirik”, - Qriqoryan bildirib.

O qeyd edib ki, Ermənistanın Avrasiya İqtisadi Birliyi ilə əlaqələrin kəsilməsi məsələsi müzakirə olunmur.

“Buna görə də hazırda bizdə hər hansı hesablamalar aparmaq zərurəti yoxdur”, - deyə o, Ermənistanın iqtisadiyyatına Avrasiya İqtisadi Birliyi ilə əlaqələrin azaldılması və ya kəsilməsinin mümkün zərəri ilə bağlı suala cavabında bildirib.

Qriqoryan Rusiyaya malların idxalı ilə bağlı problemlərin texniki xarakter daşıdığını da söyləyib və hazırda Ermənistan ilə Rusiya arasında ticarət dövriyyəsi barədə nəticə çıxarmağın mənasız olduğunu deyib.

“Buna görə də ticarət dövriyyəsi ilə bağlı hər hansı analiz aparmağın sadəcə mənası yoxdur və ümid edirəm ki, hazırda malların Rusiyaya daşınması ilə bağlı yaranan problemlər texniki olacaq və tezliklə aradan qalxacaq”, - Ermənistanın baş nazirinin müavini bildirib.

O, Ermənistanın baş naziri Nikol Paşinyanın ölkənin varlanma planları ilə bağlı fikrini bölüşdüyünü də qeyd edib.

“Əlbəttə, mən Ermənistanın baş nazirinin fikrini bölüşürəm. Bu, mahiyyət etibarilə belədir. Necə varlanacaq, nə olacaq, hansı axınlar olacaq, bu, uzun söhbətdir. Hazırda mənim üçün bu sualı ayaqüstə bir sözlə cavablandırmaq çətin olar”, - Qriqoryan deyib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qriqoryan  


Bizi "telegram"da izləyin