Ordu.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini, “Vahid Rusiya” Partiyasının sədri Dmitri Medvedev bildirib.
“RIA Novosti”nin məlumatına görə, daha əvvəl “Rosatom”un baş direktoru Aleksey Lixaçyov şənbə günü Ukraynaya məxsus döyüş pilotsuz uçuş aparatının Zaporojye Atom Elektrik Stansiyasının 6 nömrəli enerji blokunun maşın zalının binasına zərbə endirdiyini və partladığını açıqlayıb.
Stansiyanın mətbuat xidməti bildirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb, kritik dağıntılar qeydə alınmayıb, texnoloji proseslər pozulmayıb və radiasiya fonu norma həddində qalır.
Medvedev “Maks” platformasındakı kanalında yazıb: “Belə hərəkətlərə cavab olaraq Ukraynanın atom elektrik stansiyalarına, eləcə də münaqişəyə cəlb olunmuş NATO ölkələrinin atom elektrik stansiyalarına simmetrik zərbələr endirilə bilər”.
Sevinc Əliyeva
Ordu.az