Ordu.az xəbər verir ki, Yaşayış Məhəllələrində Döyüş Təlimi, Simulyasiya və Sınaq Mərkəzində Jandarma Komandolarına dünyanın ən yaxşı döyüş təlimlərindən biri verilir.
11 binadan ibarət ərazidə müxtəlif ölçülü və formalı otaq/dəhlizlər və gizli keçid tunelləri var.
Burada verilən təlimlə tək bir əsgərin, ünsürün və ya komandanın əməliyyat mühitində qarşılaşa biləcəyi mürəkkəb quruluş, fərqli məkan və vaxtlarda gözlənilməz təhlükələr real şəkildə yaşanır.
Bundan əlavə, cari təlim sahəsi çərçivəsində yaşayış məntəqələrində irəliləmə üsulları, binalara daxil olma, binaları təmizləmə və müdafiə mövqelərinin hazırlanması kimi bacarıqlar artırılır.
Sevinc Əliyeva
Ordu.az