Ermənistanda baş verən çevrilişin qanlı mərhələsi hələ qabaqdadır? - ANALİZ

2018/07/36963160_2596617510564401_2933901531516239872_n_1531392518.jpg
Oxunub: 3819     14:47     12 İyul 2018    
Ermənistanda baş verən “məxməri inqilab”dan iki aydan artıq müddət keçməsinə baxmayaraq, bu çevriliş erməni cəmiyyətinin müxtəlif sahələrinə hələ də öz təsirini göstərir.

Uzun illərdir keçmiş avtoritar rejim tərəfindən idarə olunan oliqarx sistem Nikol Paşinyan tərəfindən qurulan yeni hökumətin əli ilə dağıdılır. Erməni xalqı “dəyişikliyin” küçələrdən həyata keçirilə biləcəyi inamı ilə erməniləri səfalətə sürükləyən bütün “köhnə strukturlara” qarşı mübarizəsini davam etdirir.

Yeni hakimiyyətin növbəti hədəfi isə 2008-ci ilinin mart ayının 1-də köhnə hökumət tərəfindən prezident seçkilərindən dərhal sonra törədilmiş qanunsuzluqlarda iştirak edən şəxsləri aşkar etmək və cinayətdə əli olanlar cəzalandırmaqdır. Beləliklə, seçki saxtakarlığına etiraz edən xalqa qarşı ordudan istifadə edilməsi faktı üzrə artıq cinayət işi açılıb. Həmin vaxt müdafiə naziri olan general-polkovnik Mikael Arutyunyan haqqında həbs qərarı verilib.

Aydındır ki, M.Arutyunyan özbaşına hərəkət edə bilməzdi və cinayət işinin materiallarında da qeyd olunur ki, o, prezident Robert Köçəryanın tapşırığı əsasında verilən əmrləri icra edib. Bu səbəbdən R.Köçəryanın da istintaqa çağırıldığı barədə erməni mediasında məlumatlar yer alıb. Heç şübhəsiz qısa zamanda o dövrün baş naziri və etirazların qan içində boğulması fonunda taxta çıxan Serj Sarkisyanın da müstəntiqlərdən dəvətnamə alacağı şübhəsizdir.

Qeyd edək ki, 2008-ci il fevralın 20-də başlayan meydan hərəkatının liderlərindən biri sayılan N.Paşinyan martın 1-ə keçən gecə, etiraz aksiyaları dağıdıldıqdan dərhal sonra, gizlənə bilmişdi. Bir ildən artıq müddətdə hüquq-mühafizə orqanlarının diqqətindən yayınmağı bacaran N.Paşinyan sonda özü üzə çıxaraq hakimiyyətə təslim oldu. Yeddi il müddətinə azadlıqdan məhrum edilməsinə baxmayaraq, o, qısa müddətdən sonra amnistiyaya düşərək azadlığa buraxıldı.

Bir neçə gün öncə, Serj Sarkisyanın qardaşı Saşik (Aleksandr) ailəsi ilə birlikdə İrəvandan Parisə uçmaq istəyərkən hava limanında saxlanıldı. Evində aparılan axtarış zamanı külli miqdarda pul və silah aşkar edildi. Saşikin oğlu Ayka qarşı da həbs qəti imkan tədbiri seçilib. 2007-ci ildə İrəvanda David Simonyan adlı şəxsin odlu silahla yaralanması faktı üzrə daha əvvəl bağlanmış cinayət işi yenidən açılıb və bu iş üzrə Ayk Sarkisyana ittiham irəli sürülüb. Aykın qardaşı Narek də qanunsuz silah-sursat əldə etmək və saxlamaqda, eləcə də iri partiya narkotik əldə etməkdə ittiham olunur.

“Hayastan” ümumerməni fondunun direktoru Ara Vardanyan isə daxil olan vəsaitləri şəxsi məqsədlər üçün istifadə etmək ittihamı ilə həbs edilməsinə baxmayaraq sonradan azadlığa buraxılıb. Bu iş üzrə separatçıların keçmiş "başçı"sı Arkadi Qukasyanın da adı hallanır.

Keçmiş prezident Robert Köçəryan isə 1 mart 2008-ci il cinayəti ilə bağlı istintaqa ifadə verməyə dəvət olunub.

Nikol Paşinyan bildirib ki, Ermənistanda toxunulmaz adam qalmayacaq.

Beləliklə, yaxın keçmişin mübhəmlərini və məchullarını aydınlaşdırmağa çalışmaqla, Paşinyan iki əsas məqsəd güdür:

- Birincisi, müstəqillik dövrünün qaranlıq səhifələrinə işıq salmaq, bütün gizlinlərə aydınlıq gətirmək, dövlət daxilində cinayətləri cəzasız qoymamaq adı altında addımlar ataraq özünə qarşı gələcəkdə bənzər hadisələrin baş verməsi ehtimalını ortadan qaldırıb, bəyaz səhifə açmaq;

- İkincisi, Nikol Paşinyan bir növ onun yaratdığı klana gələcəkdə problem yaradacaq adamları və onların imkanlarını aradan qaldırmağa başlayıb. Həmçinin, Qarabağ klanını darmadağın edərək onların revanş imkanlarını və şanslarını yox etmək, ölkədə “demokratik” inkişafı təmin etməyə çalışmaq niyyətindədir. Klanın məhvi Rusiyanın Ermənistan siyasətindəki ağırlığının da azalması deməkdir.

Nəticə etibarı ilə Ermənistan baş naziri Nikol Paşinyan hazırda həyata keçirdiyi “məxməri inqilabı”ın ikinci hissəsini reallaşdırmağa başlayıb. Bu mərhələ neçə müddət uzanacaq və hansı qurbanlar hesabına başa gələcək sualı isə hələlik açıq qalır.

Analitik-icmalçı Ehtiram Aşırlı
Ordu.az

Teqlər: Ermənistan   Məxməri-inqilab   Paşinyan  

Xəbər lenti

Ermənistanda baş verən çevrilişin qanlı mərhələsi hələ qabaqdadır? - ANALİZ

2018/07/36963160_2596617510564401_2933901531516239872_n_1531392518.jpg
Oxunub: 3820     14:47     12 İyul 2018    