Təbii ki, bu bəyanatların həmin gün verilməsi gözlənilən idi. Çünki yayılan məlumatlara görə, işğal altında olan Qarabağdan Ermənistana Sarkisyan rejimini dəstəkləmək və onu hakimiyyətədə saxlamaq üçün qüvvələrin yeridilməsi planlaşdırılırdı.
Bu kimi bənzər məlumatların yayılması ilə yanaşı, Vigen, guya Qarabağdakı qanunsuz müşahidə kameraları vasitəsilə cəbhə xəttində Azərbaycan qoşunlarının cəmləşməsi barədə görüntülərin olduğunu irəli sürdü. Erməni nazir qondarma görüntüləri, Azərbaycan tərəfinin Ermənistanda baş verən daxili proseslərdən faydalanaraq cəbhə xəttində üstünlüyə nail olmaq məqsədlərini kimi təqdim edərək erməni ictimai şüuru ilə oynamağa çalışdı.
Məsələ ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi reaksiya verərək, əslində yayılan videonun növbəti təxribat olduğunu, kadrların Azərbaycan Ordusunun planlı surətdə keçirdiyi təlimlərdə qoşunların yerdəyişməsi zamanı uzaq məsafədən və müxtəlif rakurslardan çəkilərək montaj edildiyini bildirdi.
Nəticədə, dünən Müdafiə Nazirliyi daha bir bəyanat yayaraq, Sarkisyan rejiminin istefaya getməsi ardından, cinayətkar rejim tərəfdarlarının qoşunların təmas xəttində vəziyyəti gərginləşdirmək məqsədilə müxtəlif təxribatlara cəhd göstərəcəkləri istisna edilmədiyini bildirdi.
Nazirlik məlumatda, bütün cəbhəboyu zonada əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altında olduğunu, bölmələrimizin atəşkəs rejiminə ciddi riayət etməsini qeyd etdi və gərginliyin artmasının tərəfdarı olmadığımızı, o cümlədən cəbhə xəttində Müdafiə Nazirliyi tərəfindən heç bir hərbi texnikanın cəmləşməsinin həyata keçirilmədiyini vurğuladı.
Təsadüfi deyil ki, qoşunların təmas xəttində vəziyyətin kəskinləşməsinə yönələn istənilən düşmən təxribatının qarşısının dərhal, qətiyyətlə və sərt şəkildə alınacağı bildirildikdən dərhal sonra, düşmən yenidən təxribata söykənən kadrlar yaydı.
Faktiki olaraq, cəbhədə gərginlik yaratmaq və bu yolla ölkə daxilində xaotik vəziyyəti stabilləşdirmək üçün atılan addımlar çox təhlükəli və mürəkkəb xarakter daşıyırdı.
Bununla bərabər, bu kimi bənzər addımlar ermənilərin "diqqətli" olduğu müharibə vəziyyətindən, özünü müdafiə etmə reklamı kimi də istifadəsi demək idi. Digər tərəfdən yaranmış məqamdan istifadə edə biləcək hərbi çağırışlara meyilli, aqresiv, etimadsız bir düşmənin mövcudluğu danılmazdır.
Yayılan təxribatçı görüntülərin təbliğati xarakter daşıması informasiya baxımından bizim cəmiyyətə də istiqamətlənir ki, burada da ölkənin müdafiəsi və təhlükəsizliyi işində diqqətli olmaq, ona ziyan vuracaq çağırışlardan qaçmaq lazım gəlirdi.
Beləliklə istər cəbhə xəttində, istərsə də sərhəddəki vəziyyətlə bağlı yayılan təxribatçı bəyanatlar mitinq öncəsi və sonrası diqqəti yalnız Ermənistandakı etirazların yayılmasının qarşısını almaq məqsədi güdürdü.
Bu baxımından, Ermənistan müdafiə nazirliyi tərəfindən verilən bəyanatda, Azərbaycanın yol verə biləcəyi hər hansı təxribat nəticəsində erməni silahlı qüvvələrinin əks-zərbə vurmağa tam hazır olması barədə fikirlər səsləndirilməsi təsadüfi deyildi.
Erməni nazir daha da irəli gedərək, daxili prosesləri hədəf almaqla Azərbaycanı faktiki olaraq tam və ya qismən ruhlandırmamağı, əksinə Ermənistanda baş verən daxili proseslərin hər hansı şəkildə Azərbaycana fürsət verə biləcəyi barədə ruhlanmaması üçün Bakıya dəqiq bəyanat vermək lazım olduğunu qeyd etdi.
Erməni KİV-ləri daxili auditoriyaya yönəlmiş bəyanatlarla yanaşı, niyə vasitəçilərə, xarici güc mərkəzlərinə cəbhədə Azərbaycanın canlanma həyata keçirdiyini, həmçinin həmin vasitəçi və güc mərkəzlərinin sabitliyi qoruyub saxlamaq məqsədilə Bakıya təzyiq göstərməsinə dair çağırışlar ünvanlanmadığını sual etdi. Vigenin bəyanatlarına inanmayan erməni jurnalistlər, bu cür bəyanatların olmamasını qəribə hal adlandırdı. Və nəticə özünü çox gözlətmədi.
Baş verən açıqlamalar və yayılan təxribatçı kadrlar fonunda Vigen istəyinə nail ola bilmədi və əksinə hərəkatın genişlənəcəyi vəziyyətində etirazçlılara qarşı ordunun müdaxilə edəcəyini bildiridi. Bununla erməni nazir bütün öncəki danışıqlarının üzərindən xətt çəkdi və özünün emosianal çıxışı ilə əsl niyətinin kütlə olduğunu təsdiqlədi.
Alpər Mövludoğlu
Ordu.az