Rusiya ordusunu “Terminator”larla təchiz edəcəklər

2018/02/1381203287_4071856456_1519463497.jpeg
Oxunub: 2832     17:52     24 Fevral 2018    
Tankların dəstəyi təyinatlı “Terminatorlar” artıq mart ayında Rusiya ordusuna təhvil veriləcək.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, ilk növbədə 12 “Terminator” hərbçilərə təhvil veriləcək. Hazırda onlar müxtəlif hazırlıq səviyyəsindədir.

Qeyd edək ki, bu il Qırmızı meydanda keçiriləcək 9 May paradında ilk dəfə “Terminator”lar iştirak edəcək.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Terminator  


Bizi "telegram"da izləyin