Neytral Moldova NATO nümunəsi üzrə silahlanır

2018/02/received_2479609625598524_1519238483.jpeg
Oxunub: 2641     02:41     22 Fevral 2018    
“Moldova özünün yeni tarixində ilk dəfə NATO standartları üzrə ölümcül silahlar alır”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Moldova Müdafiə Naziri Yevgeni Sturza bəyan edib.

Onun sözlərinə görə, Moldova Milli Ordusu strateji müttəfiqlərin dəstəyi sayəsində 11 milyon avro dəyərində yeni silahlarla təchiz olunub.

“Prinsipial qərar Vaşinqtonda qəbul edilib. Pullar da Amerikanındır”, - deyə Sturza bildirib.

Nazirin sözlərinə görə, qarşıdakı 3 il ərzində Moldova ordusu NATO tələblərinə uyğun vəziyyətə gətiriləcək.

“Bununla paralel olaraq NATO-nun beynəlxalq manevrlərinin aktiv fazasında Moldova hərbçilərinin iştirakı da planlaşdırılır”, - deyə Sturza vurğulayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Moldova   NATO  


Bizi "telegram"da izləyin