Ordu.az Aex.ru saytına istinadən xəbər verir ki, bu barədə “Drel”lərin istehsal edildiyi “Texmaş” konserninin baş direktoru Vladimir Lepin bəyan edib.
“500 kiloqramlıq kaset kalibrli yeni nümunənin sınaqları 2016-cı ildə başlanıb. Dövlət sınaqları isə sifarişçinin istəyinə uyğun olaraq 2018-ci ildə həyata keçiriləcək”, - deyə Lepin bildirib.
Qeyd edək ki, “Drel” mühərriksiz bombadır. Onun uçuş məsafəsi 30 kilometr təşkil edir. “Drel”lər ağıllı bomba hesab olunur. Belə ki, onlar aviadaşıyıcıdan buraxıldıqdan sonra hədəfi özləri müəyyənləşdirir və vururlar.
Ağalar Qəribov
Ordu.az