ABŞ donanması 5 il ərzində 46 gəmi qəbul edəcək

2018/02/2432423423_1518516506.jpg
Oxunub: 805     17:30     13 Fevral 2018    
ABŞ donanmasının Büdcə məsələləri üzrə rəhbəri donanmanın qarşıdakı beş il ərzində 46 gəmi qəbul edəcəyini bildirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, buna baxmayaraq donanmanın 355 gəmi ilə bağlı planları hələ ki əlçatmaz görünür.

Gəmiqayırma üzrə büdcə tələbləri öncəki ilə nəzərən daha az artım nəzərdə tutur. Ümumilikdə beş illik plana əsasən əldə ediləcək gəmilər nəticəsində donanmanın gəmilərinin sayı 2023-cü ilə qədər 280-dən 326-ya çatacaq.

Lakin bu artımın növbəti mərhələdə zəifləyəcəyi gözlənilir. Belə ki, donanmanın əsrin ikinci rübü üzrə planına əsasən 2050-ci ilə qədər 355 gəmiyə çatdırılması planlaşdırılır. Lakin Donanmanın büdcə idarəsinin rəhbəri admiral Brayn Lüter bu planın mümkün olmayacağını bildirib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   Donanma  

ABŞ donanması 5 il ərzində 46 gəmi qəbul edəcək

2018/02/2432423423_1518516506.jpg
Oxunub: 806     17:30     13 Fevral 2018    