Çinin yeni ölümcül raketi ABŞ donanmasını məhv edə bilər

2018/01/received_2464469633779190_1517412955.jpeg
Oxunub: 3845     23:36     31 Yanvar 2018    
Çinin güclü “DF-21D” raketinin yeni versiyası Çin Xalq Azadlıq Ordusunun (XAO) xüsusi briqadasının sınaqlarından yenicə keçib. XAO-nun hücum qabiliyyətinə töhfə verəcək bu raketin bir aviadaşıyıcının müşayiət qrupunu sıradan çıxarmağa qadir olduğu iddia edilir.

Ordu.az “National İnterest”ə istinadən xəbər verir ki, dövlət agentliyi olan Çin Mərkəzi Televiziyası yeni raketin bir öncəki nəslindən 30% daha güclü olduğunu bildirsə də, sınağın parametrləri yaxud raketin xüsusiyyətləri haqda əlavə məlıumat verməyib. Buna görə də raketin mənzilinin yaxud sürətinin artıb-artmaması haqda məlumat yoxdur.

Ailənin ilk istifadəyə verildiyi dövrdə onun dünyanın ilk hipersəs, peykdən idarəolunan gəmi əleyhinə 1450 kilometr mənzilli ballistik raket qabiliyyətli olduğu və hərəkətdə olan aviadaşıyıcını hədəf ala bildiyi deyilirdi.

Onun 300 kilotona qədər nüvə başlığı kimi yüksək partlayıcı gücə malik döyüş başlığı daşımağa qadir olduğu zənn edilir.

Ləqəbi "daşıyıcı qatil" olan DF-21D ailəsinin imkanları Vaşinqtonu öz aviadaşıyıcısını Tayvan körfəzinə göndərməzdən əvvəl iki dəfə düşünməyə sövq edəcək. Yoxsa Vaşinqton öz personalını göz görə-görə riskə atmış olacaq.

1995-ci il Tayvan Körfəzi böhranında Pekinin Tayvanda müstəqilliyə meyilli bir prezident seçilməsinə qarşı olaraq tayvanlıları qorxutmaq məqsədilə Şərqi Çin dənizində təlimlər keçirməsindən sonra Pentaqon “USS Nimitz” aviadaşıyıcını bölgəyə göndərdi. Bundan sonra Pekin ərazidən geri çəkilməli oldu.

DF-21D raketləri ilə Pekin bu rüsvayçılığı aradan qaldırıb.

ABŞ Dəniz İnstitutunun 2009-cu il hesabatında, raketin böyük təhdid törədəcəyi təsdiqlənib. Hesabata görə, raket aviadaşıyıcını bir zərbə ilə məhv edəcək böyüklükdə döyüş başlığı daşımağa qadirdir və nəzəri olaraq hazırda ona qarşı müdafiə yoxdur.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   ABŞ   DF-21D  


Bizi "telegram"da izləyin