Ordu.az “Kyodo” agentliyinə istinadən xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qırıcı Misavaya Ayti prefekturasının “Mitsubishi Heavy Industries” şirkəti yanında hərbi aerodromdan uçaraq gəlib.
Qeyd edək ki, qırıcılar məhz bu şirkətdə yığılır və sınaqlardan keçirilir.
2018-ci il ərzində Yaponiya Hərbi Hava Qüvvələrinin Misava bazasına cəmi 10 ədəd F-35A qırıcısı yerləşdiriləcək. Bu, ilk növbədə KXDR-ə münasibətdə Tokionun müdafiə imkanlarını möhkəmləndirməklə bağlıdır.
Əlavə edək ki, Yaponiya ümumilikdə ABŞ-dan ən azı 42 ədəd F-35A qırıcısı almağı planlaşdırır.
Ağalar Qəribov
Ordu.az