Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya müdafiə sənayesi kompleksindən olan mənbə bildirib.
“2018-2027-ci illər üzrə silahlanma üzrə dövlət proqramına uyğun olaraq “Armata” platformalı tankların seriyalı istehsalına 2020-ci ildə başlanacaq”, - deyə mənbə bildirib.
O həmçinin qeyd edib ki, 2018-ci ilin ikinci yarısında yenilənmiş “Armata” orduya təhvil veriləcək.
Ağalar Qəribov
Ordu.az