Ordu.az “The National Interest” nəşrinə istinadən xəbər verir ki, Rusiyanın yeni “Status-6” dronu ABŞ üçün ciddi təhlükə mənbəyidir.
Ekspertlərin fikrincə, təhlükənin miqyası barədə təsəvvürlər formalaşdırmaq belə çətindir.
“Defense News” nəşrinin məlumatına görə isə, “Status-6” sualtı atom gəmisinin daşıyacağı nüvə yükü ilə London və Nyu-Yorku asanlıqla məhv etmək olar.
Qeyd edək ki, rusiyalı silah mühəndislər hələ bu dron haqqında təfərrüatlı məlumatları ictimaiyyətə açıqlamayıblar.
Ağalar Qəribov
Ordu.az