Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Suriyanın “Sana” informasiya agentliyi məlumat yayıb.
Son məlumatlara görə, hərbçilər rus aviasiyasının havadan dəstəyi sayəsində Səryə-Şimaliyə və Kəsr Əli yaşayış məntəqələrini terrorçulardan azad ediblər.
Səhər saatlarında baş tutan gərgin döyüşlərdən sonra azad edilən yaşayış məntəqələrində təmizləmə əməliyyatları başlanıb. Bildirilir ki, son əməliyyat nəticəsində bu regionda daha üç qəsəbədə nəzarəti ələ keçirmək mümkün olub.
Ordu.az