Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi mətbuat xidməti məlumat yayıb.
Nazirliyin məlumatına görə, həftə ərzində rus təyyarələri Suriyaya 500 uçuş həyata keçiriblər.
Daha 300 uçuşu isə pilotsuz uçuş aparatları realizə edib və onlar tərəfindən terrorçuların 432 obyekti aşkara çıxarılıb.
Həmçinin qeyd edək ki, göstərilən zaman çərçivəsində təxminən 45 mindən çox partlamamış sursat aşkarlanaraq zərərsizləşdirilib.
Ağalar Qəribov
Ordu.az