Suriyanın deeskalyasiya zonalarında terrorçuların aktivliyi azalıb

2017/11/orig-151082045980c508fa570227b78314d2c6bbc21772567567_1510831246.jpeg
Oxunub: 383     19:19     16 Noyabr 2017    
Rusiya Müdafiə Nazirliyi geridə qalan gün ərzində Hələb vilayətində atəşkəsin cəmi bir dəfə pozulduğunu bildirib.

Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Rusiya Münaqişə Edən Tərflərin Barışığı Mərkəzi son 24 saat ərzində Hələb vilayətində atəşkəsin cəmi bir dəfə pozulması barədə məlumat yayıb. Türkiyədən olan monitorinq qrupu isə Dəməşq vilayətində atəşkəsin 5 dəfə pozulduğunu bildirib.

Tərəflər Suriyanın de-eskalyasiya zonalarında vəziyyəti stabil olaraq qiymətləndirirlər.

Qeyd olunur ki, atəşkəsin pozulmasına dair demək olar ki, bütün hallar “Ən-Nüsra Cəbhəsi” və İŞİD terror təşkilatının döyüşçülərinin fəaliyyətindən sonra baş verir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Terror   İŞİD  


Bizi "telegram"da izləyin