İranda prezident seçkilərinin vaxtı bir daha uzadılıb - YENİLƏNİB

2024/06/Ekran-1719587328.jpg
Oxunub: 411     22:32     28 İyun 2024    
İranda keçirilən növbədənkənar prezident seçkiləri yerli vaxtla saat 24:00-dək uzadılıb.

Ordu.az-ın məlumatına görə, bunu İran DİN yanında Seçki Qərargahının sözçüsü Möhsün Eslami deyib.

Onun sözlərinə görə, seçicilərin seçkini rəğbətlə qarşıladığına görə seçkilərin vaxtı iki saat artırılıb.

Qeyd edək ki, bu gün İranda növbədənkənar prezident seçkiləri keçirilir. Seçkilərə yerli vaxtla saat 08:00-da start verilib. Seçkilərin müddəti 10 saatdır və Daxili İşlər Nazirliyi lazımi hesab etdiyi halda, seçkilərin vaxtı uzadıla bilər.

İran prezident seçkilərində 4 namizəd – Məsud Pezeşkian, Mustafa Purməhəmmədi, Səid Cəlili və Məhəmməd Baqir Qalibaf - rəqabət aparır. İranda prezident seçkiləri ilə əlaqədar ölkə daxilində 58 640 dairə, ölkədən kənarda 344 dairə yaradılıb. 61 452 321 seçici səsvermədə iştirak edə bilər.

***

İranda keçirilən növbədənkənar prezident seçkiləri yerli vaxtla saat 22:00-dək uzadılıb.

Ordu.az-ın məlumatına görə, bunu İran DİN yanında Seçki Qərargahının sözçüsü Möhsün Eslami deyib.

Onun sözlərinə görə, daxil olan müraciətlər əsasında İranın daxili işlər naziri Əhməd Vəhidi seçkilərin müddətinin daha iki saat uzadılmasına qərar verib.

Əlavə edək ki, bu gün yerli vaxtla saat 18:00-da başa çatması nəzərdə tutulan prezident seçkilərinin müddəti 20:00-dək uzadılmışdı.

Qeyd edək ki, bu gün İranda növbədənkənar prezident seçkiləri keçirilir. Seçkilərə yerli vaxtla saat 08:00-da start verilib. Seçkilərin müddəti 10 saatdır və Daxili İşlər Nazirliyi lazımi hesab etdiyi halda, seçkilərin vaxtı uzadıla bilər.

İran prezident seçkilərində 4 namizəd – Məsud Pezeşkian, Mustafa Purməhəmmədi, Səid Cəlili və Məhəmməd Baqir Qalibaf - rəqabət aparır. İranda prezident seçkiləri ilə əlaqədar ölkə daxilində 58 640 dairə, ölkədən kənarda 344 dairə yaradılıb. 61 452 321 seçici səsvermədə iştirak edə bilər.

***

İranda növbədənkənar prezident seçkilərində səsvermə vaxtı 2 saat uzadılıb.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin Seçki Qərargahının sözçüsü Möhsün Eslami deyib.

Eslami ölkə üzrə səsvermə vaxtının yerli vaxtla saat 20:00-a qədər uzadıldığını açıqlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Seçki  


Bizi "telegram"da izləyin