Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “İravunk” nəşri yazıb.
Nəşrə görə, xüsusilə onun yaxın ətrafı divarlar altında pıçıldayır ki, sonuncu hüquq-mühafizə strukturunun rəhbərlərinə bütün hakim partiya üzvlərini fərq qoymadan dinləməyi tapşırıb.
“O, xüsusilə şefin adına and içən hakim partiyanın fəal üzvlərindən şübhələnməyə başlayıb, amma o andlar artıq onun üçün bir qəpik də dəyərə malik deyil. Deyilənə görə, Nikol indi özünə sadiq olanları yalnız həyat yoldaşı Anna Hakopyanla sınaqdan keçdikdən sonra seçir”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az