Yaponiyada hakim partiyaya dəstək ilk dəfə olaraq 20 faizdən aşağı düşüb

2024/06/b49e5-1718602094.jpg
Oxunub: 291     09:23     17 İyun 2024    
Yaponiyanın hakim Liberal Demokrat Partiyasının (LDP) siyasətini rəy sorğusunda iştirak edənlərin 19 faizi dəstəkləyib.

Ordu.az “Asahi” nəşrinə istinadən xəbər verir ki, bu göstərici 2001-ci ilin aprelindən ilk dəfə olaraq 20 faizdən aşağı düşüb.

May ayında keçirilən əvvəlki sorğu zamanı respondentlərin 24 faizi LDP-ni dəstəkləyib.

Sorğuda iştirak edənlərin 64 faizi Baş nazir Fumio Kişidanın rəhbərlik etdiyi hazırkı Yaponiya hökumətinin siyasətini bəyənmədiyini bildirib. Əvvəlki sorğuda bu rəqəm 62 faiz idi.

Hakim partiyanın reytinqləri LDP üzvlərinə qarşı əsasən iş adamlarının verdiyi ianələrin bir hissəsinin mənimsənilməsinə dair iittihamlarla bağlı son qalmaqallar fonunda aşağı düşüb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   Hakim-partiya  


Bizi "telegram"da izləyin