Ordu.az xəbər verir ki, bu barədə İranın dövlət televiziyası IRIB məlumat yayıb.
Məlumata görə, zərbə ABŞ-nin İranın ticarət gəmilərinə qarşı həyata keçirdiyi düşmənçilik hərəkətlərinə və Hörmüz boğazında gəmiçilik qaydalarının pozulmasına cavab olaraq endirilib.
İran tərəfi bildirib ki, əməliyyatın hədəfi Oman körfəzində fəaliyyət göstərən ABŞ esminesində yerləşən komanda və idarəetmə mərkəzi olub.
Açıqlamada qeyd olunub ki, sözügedən ABŞ hərbi gəmisi həmçinin İran İslam Respublikasının ərazi sularına yaxınlaşmağa cəhd göstərib.
Hadisə ilə bağlı ABŞ tərəfi hələlik rəsmi açıqlama verməyib.
Sevinc Əliyeva
Ordu.az