Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.
Məlumata görə, 2026-cı il iyunun 1-də, 2008-ci il martın 1-2-də İrəvanda baş verən hadisələrlə bağlı başlanmış cinayət işi çərçivəsində 2008-ci il fevralın 23-dən martın 1-dək Ermənistan Silahlı Qüvvələrinin 4 ordu korpusunun komandanları P.P., V.Q., H.B. və L.E. barəsində 18.04.2003-cü ildə qəbul edilmiş Cinayət Məcəlləsinin 38-309-cu maddəsinin 3-cü hissəsi ilə ictimai cinayət təqibi başlanıb.
Xüsusilə, Ermənistan Antikorrupsiya Komitəsində araşdırılan cinayət işi üzrə müəyyən edilib ki, Ermənistan Silahlı Qüvvələrinin 4 ordu korpusunun komandanları P.P., V.Q., H.B. və L.E. açıq-aşkar qanunsuz əmri yerinə yetirməklə, özləri tərəfindən verilmiş əmrlər əsasında vasitələr ayırmaqla və maneələri aradan qaldırmaqla, həmin dövrdə Ermənistan müdafiə nazirinin vəzifəsini tutan M.H.-nin, eləcə də bir sıra digər yüksəkvəzifəli şəxslərin, o cümlədən “1 Mart” işi üzrə təqsirləndirilən R.Q., S.O. və Yu.X.-in səlahiyyətlərini aşmasına kömək ediblər.
Alpər Mövludoğlu
Ordu.az