Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin birinci müavini və energetika naziri Denis Şmıqal 31-ci Bakı Enerji Forumunda çıxışı zamanı bildirib.
"Azərbaycan ötən qışın ən çətin dövründə dayanıqlılığımızın təmin edilməsinə mühüm töhfə verib. Azərbaycanlı tərəfdaşlarımız generatorlar, transformatorlar, kabel məhsulları və digər həyati əhəmiyyətli avadanlıqların tədarükünü təmin ediblər.
Bu dəstək bizim qışa tab gətirməyimizə imkan verdi. Bu gün o, qarşıdan gələn qış mövsümünə hazırlığımıza kömək edir. Ümumilikdə, genişmiqyaslı hərbi əməliyyatların başlanmasından bəri Azərbaycan Ukrayna üçün enerji sahəsində 11 yardım paketi elan edib. Biz ölkə Prezidenti İlham Əliyevə və energetika naziri Pərviz Şahbazova təşəkkürümüzü bildirmək istəyirik. Bu cür həmrəyliyi yüksək qiymətləndiririk. Ortaq maraqların ümumi şəkildə dərk edilməsi əməkdaşlığımızın və qarşılıqlı dəstəyimizin təməlini formalaşdırır", - D.Şmıqal qeyd edib.
Ordu.az