Ordu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp iyunun 1-də bildirib.
“İran həqiqətən də razılaşma əldə etmək istəyir və bu, ABŞ və müttəfiqlərimiz üçün sərfəli olacaq. Sadəcə sakit olun, sonda hər şey yaxşı nəticələnəcək. Həmişə belə olur”, - deyə Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.
O qeyd edib ki, razılaşmanın əldə olunmasına demokratların və müxtəlif “vətənpərvər olmayan respublikaçıların” açıqlamaları ciddi mane olur və sülh prosesini ləngidir.
“Bəzi əlaltıların görünməmiş səviyyədə mənfi şərhlər verməsi, mənim daha sürətli və ya daha yavaş hərəkət etməli olduğumu, yaxud başqa cür davranmalı olduğumu iddia etməsi şəraitində öz işini görmək və danışıqlar aparmaq daha çətin olur”, - deyə Tramp bildirib.
Sevinc Əliyeva
Ordu.az