Ordu.az-ın Ukrayna mediasına istinadən verdiyi xəbərə görə, bu barədə Vilayət Hərbi administrasiyalarının rəhbərləri və hüquq-mühafizə orqanları məlumat verib.
Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, Çerniqov vilayətində PUA zərbəsi nəticəsində üçü uşaq olmaqla səkkiz nəfər yaralanıb.
Xarkov vilayətində Rusiyaya məxsus pilotsuz uçuş aparatları vilayətin mərkəzinə və şəhərətrafı əraziyə hücum edib. Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, Xarkovda dörd qadın yaralanıb, regionda yaralananların ümumi sayı doqquz nəfərə çatıb.
Odessa Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak gecə saatlarında baş verən iki hücum nəticəsində beş nəfərin xəsarət aldığını bildirib.
"Saat 7:00-a olan məlumata görə, gecə saatlarında şəhərə hücum nəticəsində beş nəfər yaralanıb. İki nəfər xəstəxanaya yerləşdirilib, iki nəfərə yerində yardım göstərilib, daha bir nəfər isə xəstəxanaya yerləşdirilməkdən imtina edib", – administrasiyadan bildiriblər.
Ordu.az