Makron: "Hərbi Dəniz Qüvvələrimiz sanksiyaları pozan Rusiya tankerini saxlayıb"

2026/05/1777995341.jpg
Oxunub: 187     09:32     01 İyun 2026    
Sanksiyaları yan keçərək Rusiyadan gələn tankerin saxlanması əməliyyatı Atlantik okeanında Böyük Britaniya daxil olmaqla bir neçə tərəfdaşın dəstəyi ilə keçirilib.

Ordu.az-ın məlumatına görə, bu barədə Fransa Prezidenti Emmanuel Makron "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Fransa Hərbi Dəniz Qüvvələri ötən gün səhər beynəlxalq sanksiyalar altında olan və Rusiyadan gələn yeni tankeri ("Taqor") saxlayıb. Bizim qətiyyətimiz daimi və tamdır. Gəmilərin beynəlxalq sanksiyaları yan keçməsi, dəniz hüququnu pozması və Rusiyanın artıq 4 ildən çoxdur Ukraynaya qarşı apardığı müharibəni maliyyələşdirməsi yolverilməzdir. Dəniz naviqasiyasının ən elementar qaydalarına belə riayət etməyən bu gəmilər eyni zamanda ətraf mühit və hər kəsin təhlükəsizliyi üçün təhdid təşkil edir", - o qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Makron   Fransa  


Bizi "telegram"da izləyin