Ordu.az xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Yohann Vadefulun bəyanatında bildirilib.
Qeyd olunub ki, İsrail qoşunlarının Livan ərazisinin dərinliklərinə doğru irəliləməsi ciddi narahatlıq doğurur və yeni humanitar nəticələrə səbəb ola bilər.
“İsrail ordusunun Livanın cənub ərazilərinin dərinliklərinə doğru irəliləməsi ciddi narahatlıq yaradır”, - deyə bəyanatda vurğulanıb.
Almaniyanın xarici işlər naziri bütün tərəfləri hərbi əməliyyatları dayandırmağa və vəziyyətin daha da gərginləşməsinə imkan verməməyə çağırıb.
“İstənilən növbəti eskalasiya onsuz da gərgin olan vəziyyəti daha da ağırlaşdıracaq və Livan daxilində yeni məcburi köç dalğalarına səbəb olacaq”, - deyə Vadeful bildirib.
Berlin həmçinin ölkənin cənubunda davam edən hərbi əməliyyatlar fonunda humanitar vəziyyətin pisləşməsi və məcburi köçkünlərin sayının artması təhlükəsi barədə xəbərdarlıq edib.
Xatırladaq ki, daha əvvəl İsrail qoşunlarının Livanın cənubunda yerləşən və strateji əhəmiyyət daşıyan tarixi Bofor qalasını nəzarətə götürdüyü bildirilmişdi.
Sevinc Əliyeva
Ordu.az