Ordu.az xəbər verir ki, bunu Almaniya Bundesverinin baş müfəttişi Karsten Broyer “Bloomberg TV”yə müsahibəsində bildirib.
O, bu açıqlamanı “Şanqri-La Dialoqu” təhlükəsizlik konfransı çərçivəsində verib.
ABŞ müharibə naziri Pit Heqsetin Avropa ölkələri ilə bağlı bəyanatlarını şərh edən Broyer qeyd edib ki, Almaniya artıq müdafiə büdcəsinin əhəmiyyətli dərəcədə artırılması proqramını həyata keçirir.
Onun sözlərinə görə, ölkə müdafiə xərclərini ÜDM-in 3,5 faizinə çatdırmaq öhdəliyini müəyyən olunmuş müddətdən xeyli əvvəl, artıq 2029-cu ildə yerinə yetirməyi planlaşdırır. Bu isə NATO çərçivəsində ilkin razılaşmalardan altı il tez deməkdir.
Broyer vurğulayıb ki, Avropanın yenidən silahlanma prosesi aktiv mərhələdədir, lakin bunun üçün ABŞ ilə koordinasiya və transatlantik əməkdaşlıqda proqnozlaşdırıla bilən siyasət vacibdir.
Sevinc Əliyeva
Ordu.az