Ordu.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, qərar hökumətin mülki pilotsuz uçuş aparatları haqqında qanunun detalları və onun tətbiq mexanizmlərini yaxın zamanda təsdiqləməsi ilə əlaqədardır.
Talayi-Nik bildirib ki, hazırda pilotsuz uçuş aparatları həm hərbi, həm də mülki sahələrdə geniş şəkildə istifadə olunur.
O həmçinin qeyd edib ki, ABŞ və İsrailin iştirakı ilə baş vermiş son gərginlik zamanı İrana qarşı pilotsuz uçuş aparatlarından istifadə olunub. Onun iddiasına görə, İranın hava hücumundan müdafiə sistemləri çoxlu sayda müasir pilotsuz uçuş aparatını məhv etməyə nail olub.
General vurğulayıb ki, ölkə mülki pilotsuz uçuş aparatlarının hüquqi tənzimlənməsinə ehtiyac duyur. Çünki onların nəzarətsiz istifadəsi təhlükəsizliyə təhdid yarada, insanlara və infrastruktur obyektlərinə zərər vura bilər.
Onun sözlərinə görə, qanunvericilikdə mövcud olan boşluq parlament və hökumət tərəfindən yeni qanunun qəbul edilməsi ilə aradan qaldırılıb.
Müdafiə Nazirliyinin nümayəndəsi bildirib ki, son gərginlik dövründə bəzi mülki pilotsuz uçuş aparatlarından hakimiyyətin iddiasına əsasən ölkənin təhlükəsizliyinə zərər vurmaq məqsədilə istifadə olunub. Belə əməllərə görə cinayət məsuliyyətinin müəyyənləşdirilməsi isə bu cür halların sayını azaldıb.
Talayi-Nik mülki pilotsuz uçuş aparatlarının istifadə sahələrinin geniş olduğunu da qeyd edib. O bildirib ki, bu vasitələr xəritəçəkmə və geodeziyadan tutmuş kənd təsərrüfatı, ətraf mühitin monitorinqi və çətin keçilən ərazilərdə xilasetmə əməliyyatlarınadək müxtəlif istiqamətlərdə tətbiq olunur.
Məlumata görə, son hadisələrdən əvvəl nazirlik pilotsuz uçuş aparatlarının ilk partiyasını İran Qırmızı Aypara Cəmiyyətinə təhvil verib.
Perspektivdə hökumət pilotsuz uçuş aparatlarının ixracına dəstək verməyi planlaşdırır. Bu dəstək texnologiya şirkətləri üçün güzəştlər, vergi təşviqləri və maliyyə proqramlarını da əhatə edəcək.
Sevinc Əliyeva
Ordu.az