Polşa Seymində Zelenskinin “Ağ Qartal” ordenindən məhrum edilməsi tələb olunub

2026/05/1780219053.jpg
Oxunub: 319     13:14     31 May 2026    
Polşa Seyminin deputatı Vladzimyej Skalik Ukrayna Prezidenti Volodimir Zelenskinin Polşanın ən yüksək dövlət mükafatı olan “Ağ Qartal” ordenindən məhrum edilməsinə çağırış edib.

Ordu.az xəbər verir ki, bu barədə deputat “X” sosial şəbəkəsində paylaşım edib.

Siyasətçinin sözlərinə görə, bu addım onun fikrincə Ukraynaya qarşı tətbiq edilməli olan tədbirlər silsiləsinin yalnız ilk hissəsi olmalıdır.

Skalik Kiyevin maliyyələşdirilməsinin dayandırılmasını, Yasyonkadakı logistika mərkəzinin bağlanmasını, həmçinin miqrasiya siyasətinin yenidən nəzərdən keçirilməsini və sərhəd nəzarətinin gücləndirilməsini təklif edib.

O, həmçinin Polşanın Ukrayna münaqişəsinə münasibətinin dəyişdirilməsinə çağıraraq bildirib ki, Varşava prosesə müdaxiləni və Ukraynaya dəstəkdə iştirakını dayandırmalıdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   Seym   Zelenski  


Bizi "telegram"da izləyin