Urmiyada İsrail kəşfiyyatı ilə əməkdaşlıqda şübhəli bilinən iki nəfər saxlanılıb

2026/03/1774248068.jpg
Oxunub: 314     12:59     31 May 2026    
İranın Urmiya şəhərində İsraillə əməkdaşlıq etməkdə ittiham olunan iki nəfər saxlanılıb.

Ordu.az xəbər verir ki, bu barədə “Fars” agentliyi güc strukturlarındakı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, saxlanılma əməliyyatı “İmam Mehdinin görünməz əsgərləri” kimi tanınan kəşfiyyat xidmətinin əməkdaşları tərəfindən həyata keçirilib.

Bildirilir ki, saxlanılan şəxslər “Telegram” messenceri vasitəsilə müxtəlif obyektlərin, o cümlədən məktəblərin, məscidlərin, müqavimət qüvvələri və İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli obyektlərin koordinatlarını ötürüblər.

İddialara görə, həmin ərazilərə zərbələr endirildikdən sonra onlar dağıntıların nəticələrini qeydə alaraq görüntüləri İsrail tərəfinə göndəriblər.

İran mənbələri bu şəxslərin fəaliyyətini düşmən dövlətlə əməkdaşlıq və milli təhlükəsizliyə zərər vurmaq kimi qiymətləndiriblər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Urmiya   İsrail  


Bizi "telegram"da izləyin