NATO ölkələri Hörmüz boğazındakı əməliyyata qoşula bilərlər

2026/05/1779823810.jpg
Oxunub: 365     10:22     31 May 2026    
NATO ölkələri qüvvələrini Hörmüz boğazına yaxınlaşdırır və zəruri şərtlər yaranarsa, əməliyyata qoşula bilərlər.

Ordu.az-ın məlumatına görə, bu fikri NATO Hərbi Komitəsinin rəhbəri Cüzeppe Kavo Draqone "Şanqri-La Dialoqu" beynəlxalq təhlükəsizlik forumunun kuluarlarında bildirib.

Onun sözlərinə görə, alyansın özü boğaz ətrafındakı vəziyyətin həllində birbaşa iştirak etmir.

"NATO hazırda birbaşa rol oynamır, lakin ayrı-ayrı ittifaq ölkələri artıq tədbir görürlər. Onlar qüvvələrini əraziyə yaxınlaşdırırlar", - deyə Draqone qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Hörmüz  


Bizi "telegram"da izləyin