HDQ-də buraxılış mərasimi keçirilib - FOTOLAR

2025/10/69308-1760797243.jpg
Oxunub: 349     16:54     18 Oktyabr 2025    
Hərbi Dəniz Qüvvələrinin (HDQ) “N” hərbi hissəsində “Partlayıcı döyüş sursatlarının zərərsizləşdirilməsi kursu”nun növbəti buraxılış mərasimi keçirilib.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə hərbi hissənin ərazisində şəhidlərimizin xatirəsinə ucaldılan abidə önünə gül dəstələri düzülüb, hörmət və ehtiram nümayiş etdirilib.

Daha sonra buraxılış mərasimində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən HDQ komandanı 1-ci dərəcəli kapitan Şahin Məmmədov kursun əhəmiyyətini diqqətə çatdırıb, iştirakçılara gələcək xidmətlərində uğurlar arzulayıb.

Buraxılış mərasimində partlayıcı maddələrin, döyüş sursatlarının və mərmilərin insan həyatı üçün təhlükəsindən danışılıb. Təhlükəli maddələr aşkar edildiyi halda ona toxunmadan dərhal zərərsizləşdirmə qrupuna məlumat verilməsi tövsiyə edilib.

Kursu müvəffəqiyyətlə başa vuran məzunlara sertifikatlar və hədiyyələr təqdim edilib.
Sonda qonaqlar dəniz xüsusi təyinatlılarının nümunəvi çıxışlarını izləyiblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: HDQ   Ordu   MN  


Bizi "telegram"da izləyin