Ordu.az xəbər verir ki, Britaniyanın “BAE Systems Bofors” şirkəti Parisdəki “Eurosatory” müdafiə sərgisində özünün ən son quru əsaslı HHM sistemi “TRIDON Mk2”ni təqdim edir.
17-21 iyun tarixləri arasında keçirilən tədbirdə pilotsuz uçuş aparatlarının artan təhlükəsinə qarşı mübarizə aparmaq üçün hazırlanmış zenit sistemlərindən biri sərgilənir.
Şirkətdən bildirildiyi kimi, “TRIDON Mk2” yüksək dəqiqliyi, atəş gücü və modulyarlıq xüsusiyyətləri ilə həm hərbi, həm də mülki infrastrukturun qorunması üçün uyğundur.
Sevinc Əliyeva
Ordu.az