Ordu.az xəbər verir ki, Rusiyada yerləşən müdafiə sənayesi şirkəti “Rostec”in törəmə şirkəti olan “High Precision Systems” tərəfindən hazırlanmış platforma müxtəlif döyüş və logistika tapşırıqlarını yerinə yetirmək üçün hazırlanıb.
“Buggy” insansız quru platforması 250 kiloqrama qədər faydalı yük daşıya bilir ki, bu da onu cəbhə xəttindəki qoşunlara təchizat, sursat və yanacaq çatdırmaq, yaralıların təxliyyəsi, düşmənin şəxsi heyətinə və istehkamlarına hücumlar etmək üçün əlverişli edir.
“Rostec”in verdiyi məlumata görə, platforma minalanmış sahələri məhv etmək üçün də istifadə olunur.
Sevinc Əliyeva
Ordu.az