Ukrayna Rusiyaya qarşı cəbhə əməliyyatlarını dəstəkləmək üçün hərbi robot platformaların tətbiqini sürətləndirir

2024/06/1717221753.jpg
Oxunub: 613     10:54     01 İyun 2024    
Ukrayna hökuməti Rusiyaya qarşı cəbhə əməliyyatlarını dəstəkləmək üçün hərbi robot platformaların tətbiqini sürətləndirir.

Ordu.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin baş komandanının müavini Andrey Lebedenko “Ekonomichna Pravda” qəzetinə açıqlamasında tibbi evakuasiya missiyalarını yerinə yetirə bilən insansız sistemlər üçün müqavilələrin imzalandığını açıqlayıb.

“Bu robot platformalar heç kimə təhlükə yaratmadan müdafiəçilərin həyatını xilas etməyə kömək edəcəkləri üçün döyüş meydanında həlledici rol oynayacaq. Biz bu prosesi daha da sürətləndirəcəyik”, - deyə Lebedenko qeyd edib.

Ukrayna ordusunun tibb xidmətinin rəisi Alina Mixaylova isə ukraynalı həkimlərin cəbhədə ciddi təhlükələrlə üzləşdiyini bildirib və bu platformaların əhəmiyyətinə diqqət çəkib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin