ABŞ HHQ ilk robot itlərdən təlimlərdə istifadə etməyə başlayıb

2024/03/Ekran-1711469797.jpg
Oxunub: 430     17:41     26 Mart 2024    
ABŞ Hərbi Hava Qüvvələri (HHQ) Floridadakı “MacDill” aviabazasında ilk dəfə Sinxron Nüvə Hazırlığı Əməliyyatları Təlimi (SNORT) zamanı robot itlərin imkanlarını nümayiş etdirib.

Ordu.az xəbər verir ki, “Boston Dynamics” tərəfindən hazırlanan və “Asylon” tərəfindən əlavə avadanlıq və proqram imkanları ilə təmin edilən robot it ABŞ HHQ tərəfindən insansız quru platformalarının ən son inkişaflarından biri olaraq istifadə edilməyə başlayıb.

Bir sıra sensorlar ilə təchiz edilmiş robot it yarımavtonom rejimdə işləyərək, ətraf mühitdə gəzərkən və maneələrdən qaçarkən, müstəqil olaraq patrul xidməti həyata keçirməyə imkan verir.

Məlumata görə, bu avtonom funksionallıq robota fövqəladə hallara operativ reaksiya vermək, nüvə hazırlığı əməliyyatları üçün mühüm əhəmiyyət kəsb edən real vaxt rejimində müşahidə və kəşfiyyat imkanlarını təmin etmək imkanı verir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   HHQ  


Bizi "telegram"da izləyin