Ordu.az xəbər verir ki, Radioelektron Mübarizə (REM) sistemlərinin müdaxiləsi səbəbindən “Orlan-30” PUA-sı Rusiya və Ukrayna qüvvələrinin mövqeləri arasında olan və çox vaxt “boz zona” adlandırılan əraziyə enməli olub.
Daha sonra Ukrayna hərbi qulluqçuları yerə endirilən PUA-nı başqa bir İQP ilə bölgədən apardıqlarının görüntülərini yayıblar.
Ukrayna ordusu getdikcə daha çox İQP-ləri döyüş meydanındakı missiyalarına daxil edir, onlardan mühəndislik missiyaları, logistika və hətta atəş dəstəyi də daxil olmaqla müxtəlif məqsədlər üçün istifadə edir.
Bu hadisə ilə Ukrayna ordusu düşmən kəşfiyyat PUA-larını ələ keçirmək və təxliyyə etmək qabiliyyətini əlavə edərək, əməliyyat imkanlarını daha da təkmilləşdirib.

Sevinc Əliyeva
Ordu.az