Çinli tədqiqatçılar: “Yeni elektromaqnit döyüş texnologiyası hazırlamışıq”

2024/02/elekt-1707376389.jpg
Oxunub: 472     16:01     13 Fevral 2024    
Bir qrup çinli tədqiqatçı yeni elektromaqnit döyüş texnologiyası hazırladıqlarını açıqlayıb.

Ordu.az xəbər verir ki, araşdırmaçıların iddiasına görə, bu yeni texnologiya ilə döyüş meydanındakı düşmənlərin “gizlənəcək yerləri olmayacaq”.

Hazırlanan yeni texnologiyanın fasiləsiz və real vaxt rejimində müşahidə apararaq, elektromaqnit spektrinin təhlilini təmin etdiyi və düşmən qüvvələrinin yerini aydın şəkildə göstərdiyi iddia edilib.

Bildirilib ki, bu texnologiya ilə Çin ordusu düşmən siqnallarını və düşmənin fiziki xüsusiyyətlərini demək olar anında aşkarlaya bilir.

Qeyd edilib ki, yeni texnologiya Çin qüvvələri ilə də fasiləsiz əlaqəni təmin edəcək.

Rəydən keçirilmiş araşdırma yanvarın 17-də Çində yerləşən “Radio Communications Technology” akademik jurnalında dərc olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Texnologiya  


Bizi "telegram"da izləyin