Ordu.az-ın xəbərinə görə, ümid edilir ki, sınaq Pilotsuz Uçuş Aparatları (PUA) kimi hədəfləri vurmaq üçün raketlərə ucuz alternativə yol açacaq.
Böyük Britaniya Müdafiə Nazirliyi bildirib ki, “DragonFire” silahı bir kilometr məsafədən 1 funt sterlinqlik sikkəni vura biləcək qədər dəqiqdir.
Şotlandiyanın Hebrides silsiləsində həyata keçirilən sınaq texnologiyanın istifadəyə verilməsində “əhəmiyyətli addım” kimi qiymətləndirilib.
Britaniya Müdafiə Nazirliyi qeyd edib ki, həm ordu, həm də Kral Donanması bu texnologiyadan gələcək hava hücumundan müdafiə imkanlarının bir hissəsi kimi istifadə etməyi nəzərdən keçirir.
Sevinc Əliyeva
Ordu.az