ASELSAN-dan Yüksək Texnologiyalı Radar Sistemi – SURALP Silah Aşkarlama Radarı

2023/12/1702542464.jpg
Oxunub: 8971     11:29     14 Dekabr 2023    
ASELSAN Silah Aşkarlama Radarı düşmən elementləri tərəfindən həyata keçirilən minaatan, artilleriya və raket atəşlərini aşkar edən, atış və düşmə yerini dəqiq hesablayan yüksək texnologiyalı radar sistemidir.

Radar tərəfindən aşkar edilən silahın atış yeri dərhal atəş dəstəyi silahlarına ötürülür və əks atəş icra edilərək, düşmən ünsürlərin məhv edilməsi hədəflənir. Düşmə nöqtəsi dost bölmələr tərəfindən atılan atışların monitorinqi ilə hesablanır, tələb olunan atışın hədəf nöqtəsindən sapma miqdarı ölçülür və atışın tənzimlənməsi üçün atəş bölmələrinə rəy verilir.

Dizayn Xüsusiyyətləri

Minaatan, Top və Raket sursatlarının aşkarlanması
Minaatan, Top və Raket sursatlarının atış/düşmə yerinin hesablanması
Dost bölmənin atış tənzimləməsi
Yandan və yüksəlişdə elektron darama
Siluet İzləmə Bacarığı
Tez və asan quraşdırma
Vasitədə Daşınan Quruluş: 2 ədəd 10 Ton sinfinə məxsus 6×6
Taktiki Təkərli Vasitə
Yerli və Uzaqdan İdarə Olunan Əməliyyat Bacarığı
A400 ilə daşınma qabiliyyəti
Modulyar Dizayn
Cihaz Daxili Sınaq Bacarığı
24 Saat Fasiləsiz İşləmək Bacarığı
Yüksək Performanslı Siqnal və Məlumat Emalı İnfrastrukturu


Texniki Xüsusiyyətlər

Yayım Tezliyi: S Diapazon
Effektiv Mənzil: 250+ km


Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   SURALP  


Bizi "telegram"da izləyin