Türkiyə müdafiə sənayesi daxilində inkişaf etdirilən və 10-dan çox ölkəyə ixrac edilən PUA-lar aşkarlama və bloklama sistemləri ilə təhlükəsizlik qüvvələrinin ehtiyaclarını qarşılayan “Boğaziçi Savunma” döyüş meydanındakı tələb və ehtiyaclara əsaslanaraq, yeni həll yolları hazırlayıb.
“Boğaziçi Savunma” İdarə Heyətinin sədri Fatih Aslan dünyada təhdid növlərinin durmadan dəyişdiyini və bu dəyişən təhdidləri “pişik-siçan oyunu” kimi tutmaq üçün səy göstərdiklərini deyib.
Bu çərçivədə PUA aşkarlama və bloklama sistemləri inkişaf etdirdiklərini bildirən Aslan bunu edərkən, sahədəki inkişafları və ehtiyacları yaxından izlədiklərini vurğulayıb. Məhsullarının getdiyi hər yerdə komandalarının da olduğunu və bunun onlara əhəmiyyətli töhfələr verdiyini ifadə edən Aslan qeyd edib: “Biz burada təhdidlərin növlərini gördük. Bu sistemlərin əsl döyüş meydanında necə istifadə edildiyini və harada çatışmadığını təhlil etmək imkanımız oldu”.

Aslan bildirib ki, yeni texnologiyalar sayəsində milyonlarla dollar dəyərində bir tank və ya zirehli vasitə 3-5 min dollarlıq məhsulla sıradan çıxarıla və ya məhv edilə bilər. O qeyd edib ki, ən əsası mümkün can itkisi və qarşı tərəfin verdiyi psixoloji üstünlükdür.
Fəaliyyət göstərdikləri hər sahədə bu hücumların qarşısının alınması vəzifəsini öz üzərlərinə götürdüklərinə diqqət çəkən Aslan bunun ağır bir məsuliyyət olduğunu vurğulayıb. Bir komandirlə aralarında keçən dialoqu bölüşən Aslan deyib:
“Bir gün çox yüksək rütbəli komandirimiz dedi ki, lütfən, sistemləriniz yaxşı işləsin, çünki insanlar sizə güvənir. Bu cümlə mənim üzərimdəki məsuliyyəti beş qat artırdı. Biz bunun hər zaman fərqindəyik. İnsanlar bizə, bu sistemlərə güvənib yatırlar. Ən azından havadan heç nə gəlməyəcəyinə əmindirlər və diqqətlərini başqa şeylərə yönəldirlər. Ölkə daxilində və xaricində yüzlərlə nöqtədə, Türkiyənin 81 vilayətində mühafizə təmin edirik. Hamısı çox kritik bölgələrdir. Allaha şükür ki, heç birində hücum görmədik. Çox cəhdlər oldu, lakin heç birində hücum edə bilmədilər. Təhlükəsizlik qalxanımızı heç kim dələ bilmədi. Çünki biz sistemlərimizi hər gün təkmilləşdiririk. Sistemimizi dəyişdirilə bilən proqram əsaslı şəkildə qurduğumuz üçün təhlükə və ya yeni bir təhlükə yarandıqda, müvafiq həll yalnız bir neçə gün çəkir. Biz dərhal müvafiq sahədə yeniləmələr edə bilirik”.
Dəyişən təhdidlərə daha güclü reaksiya
Fatih Aslan bildirib ki, yeni hazırlanmış İLTER J350 PUA aşkarlama və bloklama sisteminin prototipi istehsal olunub, sahə sınaqları tamamlanıb və ən qısa zamanda kütləvi istehsala başlanılacaq. Arslan J350 modeli ilə siqnal çıxış gücünü 250 vattdan 350 vata yüksəltdiklərini, beləliklə də sistemin qarışdırma və yanıltma qabiliyyətini artırdıqlarını ifadə edib.
Dost-düşmən PUA ayrılacaq
Meydandakı ən böyük problemlərdən birinin düşmən ünsürləri bloklayarkən, dost ünsürlərin bundan mənfi təsirlənməsi olduğunu ifadə edən Arslan bunun üçün hazırladıqları həll yolu ilə bağlı bu məlumatları bölüşüb:
“Belə bir fakt var ki, düşməndən özümüzü qoruyarkən, bizim ünsürlərimiz da uçur. Bu sistemlər qarışarkən, sistemlərimiz bu baxımdan nə qədər davamlı olsa da, müəyyən bir nöqtədə qarışdırmaya qarşı effektivliyini itirir və digər nəticələr yaranır. Bununla bağlı məhsulumuz var və həmçinin dostla düşməni daha yaxşı ayırd etməyə imkan verən yeni məhsul hazırlamışıq. Məhsulun “Ar-Ge” işləri tamamlandı, ilk prototipi istehsal edildi və kvalifikasiyası tamamlanmaq üzrədir. Bu, protokol əsaslı bir məhsuldur. Siz bu məhsula təhlükə yarada bilərsiniz. Artıq öz bazasından yüzlərlə məhsul var. Bununla belə, öz inventarımızda olan məhsulları təqdim etdiyimiz zaman havada uçarkən dost və düşməni ayırd edə bilir. Kimliyini müəyyən edə bilirik, çünki protokol əsasında işləyir. Bundan əlavə, təhlükənin olub-olmadığını görə bilər. Eyni anda 250 hədəfi izləyə və istədiyinizi vura bilərsiniz. Türkiyədə ilk dəfə inkişaf etdirdiyimiz bir sistemdir. Oxşar sistemlərin olduğunu eşidirik, amma bizim həllimiz tamamilə daxili imkanlarla hazırlanmış bir sistemdir. Bunu da tezliklə inventara daxil etməyi planlaşdırırıq”.
“İLTER tutarsa, bağışlamaz”
Uçuş icazəsi almasına baxmayaraq, qarışdırma səbəbindən uçuş həyata keçirə bilməyən istifadəçilərin problemlərinin həll olunacağını qeyd edən Aslan deyib: “Bəzi həvəskarlar valilikdən icazə aldıqları halda uça bilmirlər. Çünki yaxınlıqda kritik obyektimiz var. Sistemlərimiz tutanda, tamamilə qarışdırır. Biz bu sistemdə infrastruktur yaratdıq. Vətəndaş icazə alıbsa və bu icazə valilik, jandarma, polis kimi sistemdən istifadə edən quruma çatıbsa, bu sistemin interfeysindən PUA-nın ID-si, uçuş vaxtı və müddəti daxil edilibsə, icazə aldığı bölgədə uça bilir. Öz zonasından çıxanda yenidən düşür”.
PUA-ları qəzaya uğrayan istifadəçilərin “İLTER tutarsa, bağışlamaz” kimi bir şüar hazırladıqlarını ifadə edən Aslan icazəsi olanların uça bilməsi üçün belə bir həll yaratdıqlarını bildirib.
Mobil bölmələr də mobil həll yolu ilə qorunur
Döyüş meydanında mobil bölmələrin mühafizəsi üçün hazırlanan həllərin transsərhəd əməliyyatlarında, eləcə də Azərbaycan və Sudan kimi ölkələrdə istifadə edildiyini bildirən Aslan deyib ki, “İLTER Mobil” ilə saatda 130 kilometrə qədər sürətlə uğurla işləyən sistemlər müxtəlif ölkələrin inventarındadır.
Fatih Aslan xüsusilə transsərhəd əməliyyatlarında gündəmə gələn əks-qarışdırma sistemləri ilə bağlı bir araşdırma da apardıqlarını və nəticədə ortaya çıxan məhsulun 2024-cü ildə inventara daxil ediləcəyini ifadə edərək bildirib:
“100 kilometr boyunca qarışdırma şəraitində Süni Zəka (SZ) ilə istənilən ünsürümüzü 1 faiz səhvlə düzgün mövqeyə aparacağıq. Məhsul hazırdır, sahə sınaqları keçirilib. Kütləvi istehsala hazırdır, yanvar ayından kütləvi istehsala başlayacağıq. Mart-aprel aylarında inventara daxil etməyi planlaşdırırıq. İnventara daxil olduqdan sonra sistemlərimizin öz vəzifələrini təhlükəsiz şəkildə yerinə yetirməsini təmin edəcəyik”.
Məhsulların inkişafı ilə yanaşı, bu sahədə ixtisaslı insan resurslarının artırılması üçün səy göstərdiklərini bildirən Aslan mühəndis namizədlərini şirkətə işə götürərək, 4-5 il müddətində onların yetişdirilməsinə töhfə verdiklərini bildirib.
Firuz Bağırov
Ordu.az