Arıları şəkərlə əlaqələndirərək partlayıcı maddələrin qoxusunu axtarmağa öyrətmək olar, həşəratlar TNT-nin üzərində keçən zaman genetik olaraq reaksiya verə bilərlər. Və siçovullar tarlada yarışır, yaxınlıqda müəyyən kimyəvi maddələri qoxulayanda torpağı qazırlar.
Bununla belə, bu biosensorlara və əlbəttə ki, gizli partlayıcı maddələri axtarmaq üçün PUA-lara, robotlara və digər ixtiralara baxmayaraq, dünyanın 57 ölkəsinə səpələnmiş milyonlarla minanın təmizlənməsi vəzifəsi hələ də əsasən metal detektorlardan istifadə edən insanlar tərəfindən həyata keçirilir
Aİ tərəfindən dəstəklənən TIRAMISU layihəsi son bir neçə il çərçivəsində Avropanın hər yerindən və onun hüdudlarından kənarda 26 qurumu bir araya gətirərək bunu dəyişməyə çalışıb.
Belçikadakı Kral Hərbi Akademiyasının (RMA) tədqiqat mühəndisi Haris Baltanın rəhbərlik etdiyi qrup, işlərinin bir hissəsi olaraq, ərazi üzərində uçan, ərazinin 3D modellərini quran və məlumat toplayan PUA-lardan istifadə edib.
Onların PUA-ları 2014-cü ildə Bosniya və Herseqovinada baş verən daşqınlardan sonra dramatik sınaqdan keçirilib, nəticədə minlərlə mina və partlamamış hərbi sursat naməlum yerlərə köçürülüb.
Balta bildirib ki, minalarla dolu bir kənddə PUA-larla uşaqların həyatı xilas edilib. Belə ki, PUA tərəfindən aşkarlanan minadan cəmi 50 metr aralıda uşaqlar oynayırdı. Mina aşkar edildikdən sonra uşaqlara xəbərdarlıq edildi və onların həyatı xilas edildi. PUA-lar artıq həyat xilas edən vasitə kimi hörmətlə qarşılanır.
Bununla belə, yeni texnologiya sahədə müqavimətlə qarşılaşa bilər.
RMA-nın alimi və TIRAMISU-nun layihə koordinatoru Yann Yvinec deyir ki, Mina əməliyyatları icması son dərəcə mühafizəkardır, onlar alətləri dəyişdirməkdən bir az qorxurlar: “Bu, həyatlarını riskə atdıqları üçün başa düşülə bilən bir hissdir”.
Baltanın fikrincə, başqa bir məhdudiyyət odur ki, həddindən artıq minalanmış ölkələr tez-tez yüksək texnologiya dəstini ödəyə bilmirlər və bu işi görmək üçün kifayət qədər ucuz əl əməyinə malikdirlər.
Və nəhayət, onların bir çoxu öz şıltaq ideyalarını sınamaq istəyən ixtiraçıların növbəsindən bezib.
Lakin, metal detektorları etibarlı və dəqiq olsa da, yavaşdır. Bəzi kampaniyaçılar deyirlər ki, indiki templə bütün minaları təmizləmək 1100 il çəkəcək.
TIRAMISU artıq mövcud olan bir çox yeniliklərə əsaslanaraq, inqilabi deyil, mərhələ-mərhələ inkişaf edən fəlsəfi yol seçib. Onlar minalarla mübarizə icmaları ilə əlaqələr qurmaqda diqqətli olduqları üçün onların ideyaları Xorvatiya və Kambocada real mina sahələrində sınaqdan keçirilə bilərdi.
Baltanın qrupu Almaniyadan olan tərəfdaş təşkilat olan “Vallon GmbH” ilə birlikdə “tEODor” kimi tanınan insansız quru platforması da hazırlayıb. Kiçik ölçülü, bir sıra çoxkanallı metal detektorları daşıyan tırtıllı vasitəsi saatda 1000 kvadratmetr ərazini yoxlaya bilir.
Balta texnikanı Xorvatiya və Belçikada Xorvat Mina Təmizləmə Mərkəzi ilə sınaqdan keçirib.
Cenevrə Beynəlxalq Humanitar Minalardan Təmizləmə Mərkəzinin məlumatına görə, minaların aşkarlanmasının bu qədər ləng olmasının əsas səbəbi, bir çox hallarda minalandığı bildirilən ərazinin 98%-ə qədərinin əslində minasız olmasıdır.
Aİ tərəfindən maliyyələşdirilən DBOX adlı digər layihə, müharibə qeydləri, mina partlayışları ilə bağlı məlumatlar, yerli əhalinin ifadələri və hərbi strateqlərin fikirləri də daxil olmaqla, geniş çeşidli məlumatları emal edə bilən proqram təminatı ilə təmizləmə üçün nəzərdə tutulan ərazini daraltmağı hədəfləyir.
Layihəni koordinasiya edən Fransadakı “Airbus Defence and Space” şirkətindən Bruno Esmiller izah edir ki, sistem həmçinin peyk məlumatlarını, infraqırmızı sensorlar və LIDAR-dan uzaqdan zondlama məlumatlarını, həmçinin metal detektorları və yerə nüfuz edən radar məlumatlarını özündə birləşdirir.
Proqram həmçinin cəmi 30 sm hündürlükdə uçan PUA-ların şəkillərini analiz etmək, ərazinin şəklini çəkmək və üçölçülü şəkil yaratmaq imkanı verir.
“Biz bütün bunları bir proqram alətində mərkəzləşdiririk”, - deyə Esmiller bildirib.
Sevinc Əliyeva
Ordu.az